Əsas Səhifə > Üst manşet / Güney Press > Burda müştərinin məhsulunu təftiş edirlər...

Burda müştərinin məhsulunu təftiş edirlər...


Bu gün, 08:49

"Şikayətim Starexglobal.az-dəndir. 05.07.2025 tarixində Starex-dən sifarişimi aldım". "DİA-AZ" xəbər verir ki, bu barədə Фарах Гулиева adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bağlamam onlayn mağazasından sifariş etdiyim kosmetik məhsulları əhatə edirdi. Bu mağazadan daha öncə dəfələrlə sifarişlər etmiş və bütün hallarda bağlamalarımı tam, möhürlü (plomblu), heç bir zədələnmə və müdaxilə olmadan qəbul etmişəm. Hər bir məhsulun üzərində satıcı tərəfindən qoyulan orijinal plomblar olurdu və bu plomblar açılmadan məhsulun istifadəsi mümkün deyildi.
Lakin bu dəfə aldığım bağlamada aşağıdakı pozuntular müşahidə etdim:
Satıcının bağlamanı paketlədiyi orijinal skoçları açıq vəziyyətdə idi, sadəcə üstündən ötəri bərkidilmişdi.
Bağlamanın içərisindəki məhsullar qutularından çıxarılmışdır.
Heç bir məhsulun üzərində plomblar yox idi – bu, daha öncəki sifarişlərimdən kəskin şəkildə fərqlənir.
Satıcı tərəfindən hər zaman təqdim olunan probniklər bu dəfə tamamilə yox idi.
Bəzi məhsulların, xüsusilə üz kreminin qapağını açarkən məhsulun içində böyük bir boşluq və sanki müdaxilə olunmuş izləri müşahidə olundu.
Bu cür hallar məhsulun təhlükəsizliyinə və orijinallığına ciddi şübhə yaradır. Mən artıq əmin deyiləm ki, bu məhsullar doğrudan da orijinal məhsullarıdır və ya onların tərkibinə müdaxilə olunmayıb.
Qeyd etmək istəyirəm ki, bu kimi hallar nə əvvəlki sifarişlərdə, nə də gömrük keçidi zamanı baş verməmişdir. Bu səbəbdən belə bir müdaxilənin Starex şirkətinin daxili əməliyyatları zamanı baş verdiyini düşünmək üçün əsaslarım var. Bu, müştəri hüquqlarının və şəxsi əmlakın toxunulmazlığının pozulması kimi qiymətləndirilə bilər.
Sadəcə mənim yeganə səhvim bağlamanı yerindəcə kontrol etməməyim olub. Hec vaxt təhvil alarkən məhsulu yoxlamamışam və hec vaxtda problemlə qarşılaşmamışam. Bu ilk idi bundan sonra mənədə bu hal dərs olar. Necə deyərlər başına gələn başmaqçı olar.
Onuda qeyd edim ki Starex bütün məsuliyyətu üstündən atır. Sifarişlərimizi əmanət etdiyimiz şirkət mən sadəcə çatdırılmadan məhsulam deyib başqa hec bir məsuliyyətim yoxdur bildirir. Yani artıq əşyan sınacaqmı, korlanacaqmı və ya kənar müdaxilə halı olacaqsa belə mənim məsuliyyətimdə deyil bildirirlər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi - sizlərə müracət edirəm: bu məsələ ilə bağlı rəsmi araşdırma aparmağınızı, məhsullarıma müdaxilə faktının səbəbini aydınlaşdırmağınızı xahiş edirəm".


Geri qayıt