Əsas Səhifə > Üst manşet / Güney Press > "Bu dərəcədə də qanunsuz iş görmək olmaz..."

"Bu dərəcədə də qanunsuz iş görmək olmaz..."


Bu gün, 08:28

"Mənə yazılan EQ29032722 nömrəli protokola etiraz edirəm". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində ictimai fəal Rüfət Həsənov qeyd edib.

O iddiasını sübutlayan fotoları da təqdim edərək aşağıdakıları yazır: "Fotoda göründüyü kimi yoldan tam çıxmışam piyadalar üçün nəzərdə tutulan yolda tam kənar səki sayılır dəyanmağıma görə cərimə yazılır. Yolda xətlənmə olmadığı üçün yolun hərək istiqamətində dəyanmısan deyənlər nağıl danışmasınıar. Mən bu protokolun qanunsuz yazılmasına etiraz edirəm və silinməsini tələb edirəm. Bu dərəcədə qanunsuz iş görmək olmaz. O ərazidə dəyanan taksilərə niyə cərimə yazılmır əgər qanunsuzdursa? Kim onları himayəsinə hötürüb? Madəm ki qanunsuz dəyanmışam hanı yol nişanlamalarınız? Bu cərimə sadəcə bir tələdir və silinməsini tələb edirəm. Hər kəsin paylaşmasını xahiş edirəm".

"DİA-AZ" olaraq vətəndaşın iddiasını sübutlayan fotofaktları təqdim edirik:



Geri qayıt