Əsas Səhifə > Üst manşet / Güney Press > Bu, dələduzluq deyil... BƏS NƏDİR?

Bu, dələduzluq deyil... BƏS NƏDİR?


Bu gün, 08:58

" "Bakuel Ectronics"in Zabrat filialından soyuducu almışam 11 iyun tarixində. Məhsul 2 gün sonra çatdırılıb ünvana. Gətirərkən evdə yoldaşım tək olub. Məhsulu açıb yoxlamağı təklif ediblər. Yoldaşım isə başı çıxmadığını nəyi konkret olaraq təhvil almalıyam bilmirəm,olarmı axşam yoldaşım gələndə açaq deyə sual verib..." "DİA-AZ" xəbər verir ki, bu barədə İlkin adlı sosial şəbəkə istifadəçisi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Əməkdaş "bəli, olar, heç bir problem yoxdur deyib. İmza çəkməlisiniz təhvil alındığı barədə" deyib. Yoldaşım soruşub ki,bura qol çəkməklə mənə bir problem yaranmayacaq ki,əgər məhsulda hər hansı bir problem olarsa. Bildirilib ki,xeyr heç bir problem olan deyil. Nəsə olarsa zəng edərsiniz həll olunacaq. Axşam gəlib açmışıq bağlamanı. Açılışı da videoya qeydə almışıq. Açdığımız yerdən də tərpədməmişik.Səhər baxırıq ki,qapısında əzik var. Axşam işığında videoya da düşmür balaca əzik olduğu üçün. Ancaq gündüz işığında rahat görünür. Dəstəyə zəng vurmuşuq deyirlər mağazaya yaxınlaşın. Yaxınlaşmışam izah etmişəm və mənə verilən ilk sual qutusunu sağlamdı? Qutu necə sağlam ola bilər bir şey ki, üzərində işarə qoyulub ki, burdan kəsin çıxarın. Xülasə,mənə verdikləri cavab budur ki,bu əziyi siz özünüz etmisiniz yerləşdirmə zamanı. Soruşuram ki,siz necə sübut edə bilərsiniz mənə ki bunu hiz etmişik və bu boyda məhsul xaricdən o qədər yol gəlir, anbarda ordan bura daşınır neçə dəfə yüklənib boşalır orda əzilmə ehtimalını qəbul etməyib evimdə qutu açılışında əzdiyimi necə düşünürsünüz?Və bildirilir ki,təhvil təslim aktına qol çəkmisiniz. Sual verirəm ki,mən deyək ki,səhv etdim siz məni aldatdınız,bəs təhvil təslim necə olmalı idi,açılıb verilməli idi? Deyirlər bəli açılmalıydı. O zaman niyə düzgün təhvil verilməyib? Əməkdaşınız faktiki olaraq işini düzgün aparmayıb və səhv məlumat verməklə aldadıb bizi. Xahiş edirəm mənə başı çıxan varsa düzgün yol göstərsin problemi başqa müstəvidə həll edim..."


Geri qayıt