Əsas Səhifə > Üst manşet / Güney Press > ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQBu gün, 08:20 |
"DİA-AZ"a müraciət edən vətəndaş bildirir ki, bankın qanunsuz tələbi ilə hələ 2012-ci ildə ona açılan kredit xətti üzrə əsassız olaraq 4 min manata yaxın vəasiti tələbi irəli sürülsə də, nəhayətdə məhkəmələrimiz ədalətli davranaraq 8 oktyabr 2020-ci il tarixində Ali Məhkəmənin hökmü ilə ABB-nin iddialarını rəsmən rədd etmişdir. Amma buna rəğmən ABB sən demə öz qanunsuz tələbindən imtina etməyibmiş. Bu barədə danışan narazı vətəndaşın iddialarına görə, bu günlərdə məsələdən hali olub və həm də təsadüf nəticəsində. Yəni 5 il ərzində elə zənn edirmiş ki, artıq ABB Ali Məhkəmənin hökmünə boyun əyərək əsassız borc tələbindən vaz keçib. Amma təzadüf nəticəsində öyrənir ki, yox... məsələ heç də qanunların tələb etdiyi kimi deyilmiş. Baş vermiş bir avtomobil qəzası səbəbindən ona ayrılan sığorta pulunu ala bilməsi üçün sadəlövh Bərdə sakini Ramil Bəndəliyev yenə də ağlında başqa bir niyyət güdəmədən ABB-də bank hesabıl açdırıb və sığorta şirkəti tərəfindən ayrılmış qanuni vəsaitin həmin hesaba köçürülməsini planlaşdırıb. Sən demə, ona hətta hesab açarkən belə ABB-nin vətəndaşı özünə borclu hesab etdiyini xatırlatmayan bank əməkdaşları nəhayətdə köüçürlən sığorta puluna quldurcasına əl qoyublar. Bununla bağlı şikayətçi düşən Bərdə sakini "DİA-AZ" vasitəsilə aidiyytatı qurumlardan kömək istəyir və ABB-nin özbaşınalıqlarına son qoyulmasını tələb edir. Məsələ diqqətimizdərdir və aidiyyatı qurum və şəxslərin də mövqeyini öyrənib diqqətlərə çatdıracağıq. Bizi izləyin... Geri qayıt |