Əsas Səhifə > Üst manşet / Güney Press > Göyçayın bu məmuru narazılıq yaradır

Göyçayın bu məmuru narazılıq yaradır


Bu gün, 05:50

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Göyçay rayon sakini tərəfindən şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Hörmətli Nazirlik! Bu müraciət vasitəsilə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri Elçin İsmayılovun şübhəli fəaliyyəti ilə bağlı ciddi narahatlığımı və bir sıra qanunsuz hallar barədə məlumat vermək istəyirəm. Aşağıda qeyd edilən faktlar həm kollektivin ümumi narazılığına, həm də dövlət orqanına olan ictimai etimadın sarsılmasına səbəb olmuşdur.

1. Elçin İsmayılovu Göyçay DAİM-in tabeliyində olan əməkdaşlar, xüsusilə də şöbə müdirləri rəhbər şəxs kimi qəbul etmirlər. Onun kollektivlə münasibəti aqressiv və etikadan kənardır. İclaslarda və gündəlik iş mühitində açıq şəkildə bildirir ki, “heç kimdən qorxmuram, məni heç kim vəzifədən azad edə bilməz.” İşçiləri mütəmadi olaraq təhdid edir, “sizi işdən çıxardacağam, istədiyimi edəcəyəm” kimi ifadələrlə qorxu və psixoloji gərginlik mühiti yaradır. Bu isə onun psixoloji sabitliyi və rəhbərlik keyfiyyətləri ilə bağlı ciddi suallar doğurur.

2. Elçin İsmayılov son dövrlər təkrarən kollektiv qarşısında bildirir ki, yaxın zamanda region yaradılacaq və o, həmin regionun rəisi təyin olunacaq. Heç bir rəsmi əmr və ya Nazirlik göstərişi olmadan, özünü artıq “region rəisi” kimi təqdim edir və deyir: “məni ora təyin ediblər, heç kim buna mane ola bilməz.” Bu cür əsassız və rəsmi təsdiqi olmayan bəyanatlar dövlətin nüfuzuna zərər vurur, işçilər arasında çaşqınlıq və gərginlik yaradır.

3.  Elçin İsmayılov dövlətə məxsus xidməti avtomobillərdən və yanacaqdan şəxsi məqsədlərlə istifadə edir. O, ailəsinin şəxsi işlərini gördürmək, özəlliklə şəxsi səfərlərinə görə xidməti nəqliyyatdan və dövlətin ayırdığı yanacaqdan yararlanır. Bütün bu faktlar birbaşa dövlət əmlakının mənimsənilməsi və israfçılıq kimi qiymətləndirilə bilər.

4. Uzun müddətdir ki, Elçin İsmayılov Göyçay rayonunda fəaliyyət göstərən sahibkarlardan, o cümlədən qəssablardan və digər şəxslərdən hədə-qorxu və nüfuzundan istifadə etməklə pul tələb edir. Bu hallar dövlət məmuruna yaraşmayan, açıq şəkildə qanunvericiliyin pozulması ilə müşayiət olunan əməllərdir və araşdırılmasına ciddi ehtiyac var.

5. Ümumilikdə, Elçin İsmayılov idarə daxilində repressiv, qorxu və psixoloji təzyiq mühiti yaradıb. O, özünü “idarənin sahibi” kimi təqdim edir, dövlət orqanlarına tabe olmadığını bildirir və açıq şəkildə deyir ki, “heç kim mənə toxuna bilməz, mən istədiyimi edərəm.” Bu cür münasibət təkcə idarənin daxilində deyil, bütövlükdə dövlətin idarəetmə prinsipinə və nüfuzuna zərbə vurur.

Qeyd olunan hallar Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşların ifadələrinin alınması ilə öz təsdiqini tapacaqdır.

---

Xahiş edirəm:

Yuxarıda qeyd olunan halların obyektiv araşdırılması, zəruri hallarda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşların ifadələrinin alınması, “AzNar” ASC ilə bağlı konkret faktın yoxlanılması və Elçin İsmayılovun 10 illik fəaliyyətinin yoxlanılmasını və onun hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edirik".

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt