Əsas Səhifə > Üst manşet / Reklam / Güney Press > “Azercell”in AKart YALANÇILIĞI...
“Azercell”in AKart YALANÇILIĞI...28-05-2025, 09:10 |
"Demək, aprel ayında başıma gələn bir hadisə ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. "Azercell"in bank kartı olan "Akart"dan sms gəldi ki "Baku elektronics"də məhsullara 50% endirim var..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nicat Nemətzadə adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnlərlə bağlı bunları əlavə edir: "Mən də sevindim ki gedib "iPhone 16 pro maks" alacam... iki ədəd, çünki çox ucuz düşürdü. Mağazaya da yaxınlaşdım, mağazanın saytında da baxdım ki endirimlər 50% deyil 50 faizəDƏKdir.
Əlaqə saxladım "Akart" ilə. Əlbəttə ki bunun texniki səhv olduğunu söylədilər və buna görə heç bir məsuliyyət daşimadıqlarını söylədilər. Bundan sonra "Antinhisar"a müraciət etdim, mənə mail ünvanlarına sms-i və mağaza saytından real olan endirimin ekran şəklini çəkib gondərməklərimi istədilər. Araşdirma vaxtı mənə "Akart"dan bir nəfər zəng elədi və sonuna gedər telefon danışığı zamanı mən səhv çıxarmaq istədi. Deyirəm ki, ay insan, "Azercell"də tarif dəyişir, xəbərimiz olmur, deyirsən bu barədə sms məlumat göndərilmişdir, yəni sms-i qanuni əsas kimi hesab edirsiniz, düzdür? Bu sualımdan qaçaraq düz 5-ci dəfədən sonra bunun elə olduğunu boynuna alır. Və mən sükan arxasında olduğuma görə danışığı sonlandırıram. Bir məqamı da qeyd etmək istəyirəm ki telefon danışığının yazısı mövcuddur. Bundan sonra bir müddət də keçir, mənə "Antiinhisar"dan mail gəlir ki sizə onlar tərəfindən 100 manat mağazaya kupon və 30 gb internet təklif olunur. Yəni mən bir telefona görə 1000 AZN ödəməli idim elə və bunlar mənə 100 AZN təklif edirlər və 30 gb "Azercell" İnternet... Halbuki mən əsas nömrəmi "Azercell"dən "Nar"a daşımışam və bir başqa "Asan nömrə"m var ki ondan yalnız imza üçün istifadə edirəm. Cavab olaraq mail-a bunları dediyim kimi yazdım və mənə cavab gəldi ki siz məhsulu almamisiz ki sizə o qədər məbləğ verilsin. Mən isə cavab olaraq qeyd etdim ki mənim sırf 50% endirim olmaq şərti ilə olacaq məbləğ əlimdə var, mən gərək gedib pul paylayan yerdən pul götürərdim, telefonu alardım sonra şikayət edərdim? Mən öz cibimə arxayınam, mənim cibimdə sirf 50% endirim olmaq şərti ilə pulum var, mən pul kəsmirəm, və şikayətim də elə bundandır..."
Geri qayıt |