Əsas Səhifə > Üst manşet / Güney Press > "İnternetdə tez-tez qırılmalar olur"
"İnternetdə tez-tez qırılmalar olur"26-05-2025, 16:20 |
"Şikayətim "Selnet Internet Service Provider" haqqındadır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Bəxtiyar Məmmədsoy adlı istifadəçi gileylənir.
Odaha sonra əlavə edir: "Ağcabədi rayonu üzrə kəndlərə ilk uzanan "İSP" olub. Hətta ilin əvvəlində qiymət artımını 1-2 ay gecikdirib fevralda etməyini də tərifləyək.
Amma di gəl gələk... 3 aya yaxındır ki, internetdə tez-tez qırılmalar olur. "Qaynar xətti"nə zəng edirsən , "yolaverdi" cavablar və bir də maraqlı cavab veriblər ki , "internet qırılmasını biz düzəldə bilmərik. Gərək statik ip alasan".
Başa düşmürəm ki , internet çəkilməyi daimi işləyən internet deməkdir. Işləmirsə, deməli işləmir. Yoxsa statik ip al ki, internetin düzəlsin, sonra başqa nəsə al ki , filan işləsin. Sonra da onun işləməyi üçün başqa nəsə..."
Geri qayıt |