Əsas Səhifə > Üst manşet / Güney Press > `Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ

`Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ


Bu gün, 08:20

"SÜRƏT KARQO" MÜŞTƏRİYƏ YÜZLƏRCƏ AZN ZİYAN VURDU!

"Şikayətimiz, adı "Sürət" olan, amma tısbağa sürətli olan karqodandır. "Sürət karqo" bu dəfə bağlamanı nəinki gec gətirib, ümumiyyətlə, gətirməyib!" "DİA-AZ" xəbər verir ki, bu barədə Emin Aydın adlı sosial şəbəkə istifadəçisi yazır.
O daha sonra bildirir: "Əslində məsələnin məğzi, sandığınızdan da ciddi və önəmlidir. Söhbət, heç də bağlamanın yubanmasından ya da itməsindən getmir.
Deməli belə. Bağlama barədə günlərcə məlumat ala bilməyəndən sonra, bu "karqo"dan nəhayət "kəlbətin"lə söz ala bildik: sən demə, bağlama, gömrük tərəfindən saxlanılıbmış! Səbəbi nə olsa yaxşıdır? ÜZƏRİNDƏ ƏMTƏƏ NİŞANI YOXDUR! Yəni bağlamanın üzərində hansı məhsul olması göstərilmir!
İlk baxışda, məsələ, sadəcə olaraq, mağazanın, satıcının suçu kimi görünə bilər və əlbəttə ki, bu belədir. Amma və lakin, bir karqoda, BAĞLAMANI XARİCİ ANBARDA YOXLAMA XİDMƏTİ OLMALI DEYİLMİ?
Lap pullu da olsa olmalıdı və bu, labüd və zəruri bir şeydir!
Əgər bu xidmət olsaydı, biz 2-3 azn ödəyib, bağlamanı yoxlatdırar və mağzaya geri qaytarardıq, beləliklə də yüzlərcə azn zərərə uğramazdıq!
Özü də söhbət təkcə müştərinin uğradığı maddi zərərdən getmir!
Məlumdur ki, narkotik maddələr, həm də xaricdən gətirilir. Ola bilməzmi ki, kimsə gətirib, bizim adımıza, karqoya, içində narkotik olan bağlama verir? Beləcə, karqo da mal kimi onu ölkəyə gətirir, gömrük də onu saxlayır və hüquq-mühafizə orqanı da buna görə bizi suçlayır!
Karqoda- elementar, adi bir xidmətin olmaması, görün nə boyda problemlərə səbəb ola bilir!
SONDA İSƏ: Fakt budur ki, "Sürət karqao"da bağlamanı yoxlama xidməti olmadığı üçün, hazırda yüzlərcə azn dəyərində zərərə uğramışıq! Sonuna qədər bu "karqo"nun üzərinə gedəcəyik ki, heç olmasa bundan sonra digər müştərilər zərər çəkməsin! Nəzərə alanda ki, sözügedən karqo, dəfələrlə başqa saxtakarlıqlara yol verib!"

Geri qayıt