Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Dövlətin yardımı PULLA SATILIR
Əsas Səhifə > Üst manşet, Güney Press > Dövlətin yardımı PULLA SATILIR

Dövlətin yardımı PULLA SATILIR


Bu gün, 01:17
Dövlətin yardımı PULLA SATILIR
Xaçmaz rayonunun Yeni Sudur kənd sakini Qüdrət Hidayətov bildirib ki, dəfələrlə ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, hər dəfə min bir bahanə ilə imtina cavabı verirlər.
"DİA-AZ" xəbər verir ki, vətəndaşın sözlərinə görə, 2023-cü ildən torpaq üzərindən vaxtında vergi ödəyib. Lakin 2024-cü ilin iyun-iyul aylarında səhhətində yaranmış ciddi problemə görə vergin ödəyə bilmıyib, gecikməsi olub. Vətəndaş bildirir ki, 2025-ci il gecikməsiz vetgidini ödəməyinə baxmayaraq ötən ilkin iki ayını bahanə edib ona imtina verirlər.
Şikayətçi deyir ki, bəzi qurumlar onun vergi ödəmədiyini, digərləri isə ailə gəlirlərinin düzgün qeyd olunmadığını əsas gətirir. Qüdrət Hidayətov iddia edir ki, bəzi ailələr 2-3 ay vergi ödəməsələr də, komissiya üzvlərinə rüşvət verərək ünvanlı sosial yardım ala bilirlər. O, aidiyyəti qurumlardan bu məsəlınin ciddi araşdırmasını və rüşvət qarşılığında saxta sənəd hazırlayan məmurlar barədə ölçü götürmələrini xahiş edir.
Geri qayıt