Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR
Əsas Səhifə > Üst manşet, Güney Press > Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR

Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR


Dünən, 08:28
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR
Naxçıvan şəhər Məhkəməsi hakimlərini tənqid edən yerli sakin Kərim Seyidzadə hədə zəngləri aldığını bildirir. Naməlum nömrələrdən gələn zənglərdə ondan bu tənqidləri dayandırmaq tələb olunur. Kərim Seyidzadə mətbuata verdiyi açıqlamalarda məhkəmənin baş hakimi Gülnar Səfərəliyeva və hakim Qabil Məmmədovu tənqid edərək, onları ədalətsizlikdə və rüşvətxorluqda ittiham edir.
Kərim Seyidzadə „Gündəlik Naxçıvan“a bildirir ki, anonim zəng edənlər onu ölümlə hədələyirlər. Son belə zəngi də dünən, elə məhkəmə binasından çıxar-çıxmaz alıb:
„Məni təhqir edib, ölümlə hədələyirlər. Gündə bir neçə dəfə bu cür zənglər alıram. Artıq, telefonumu söndürmək məcburiyyətində qalmışam. Zəng edib deyirlər ki, hakimlərin əleyhinə mətbuata verdiyin açıqlamalarını dayandırmasan, səni öldürəcəyik. “Gündəlik Naxçıvan” səhifəsinin jurnalistlərini də hədələyirlər. Deyirlər ki, gedib Avropadan tutub gətirib, cəzalandıracağıq. Bu işin sifarişçilərinin kim olduğu məlumdur. Mətbuat vasitəsi ilə Azərbaycan DİN-ə müraciət edərək, bu hədələrin dayandırılmasını tələb edirəm.“
Kərim Seyidzadə adı çəkilən məhkəmənin hakimi Qabil Məmmədova rüşvətxor dediyinə görə, bir neçə ay öncə məhkəmə qarşısına çıxarılmışdı. Məhkəmənin baş hakimi Gülnar Səfərəliyevanın sədrliyi ilə baş tutan prosesdə ona 300 saat icbari iş hökmü oxunmuşdu. Kərim Seyidzadə geri çəkilməyərək, öz tənqidlərini sərtləşdirməyə başlamışdı. İndi o, Qabil Məmmədovla yanaşı ona iş verən baş hakim Gülnar Səfəralıyevanı da sərt tənqid edir. Ona qarşı ölüm təhdidlərinin arxasında bu iki hakimin dayandığı ehtimal edilir.
O, məhkəmədə baş verən haqsızlıqları ictimailəşdirdiyini və bu səbəbdən sədrlik etdiyi məhkəmənin tənqid edilməsindən narahat olan Gülnar Səfəralıyevanın onu cəzalandırmağa çalışdığını deyir.
Bundan əvvəl, həmin məhkəmənin digər hakimi Qabil Məmmədov da Kərim Seyidzadəni eyni ittihamal məhkəməyə vermişdi. Həmin vaxt, Gülnar Səfəralıyevanın sədrliyi ilə baş tutan məhkəmə, Kərim Seyidzadəyə 300 saat icbari iş kəsmişdi. Bu hökmü ədalətsiz hesab edən Kərim Seyidzadə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi. Daha sonra, Kərim Seyidzadə məhkəmə sədrini sərt tənqid etməyə başladı və bunu mətbuat vasitəsilə ictimailəşdirdi.

Geri qayıt