Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üst manşet, Güney Press > Goranboy sakini dövlətdən kömək istəyir
Goranboy sakini dövlətdən kömək istəyirDünən, 00:56 |
![]() Goranboy Rayonunun Təklə Kəndində yaşayan Emin Əliyev deyir ki, 3 övladı var və maddi durumu çox çətindir. "DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, hərbi xidmət zamanı keçirdiyi ağır xəstəliklə bağlı əmək qabiliyyətini itirib, 3-cü qrup əlildir. Şikayətçi deyir ki, 2019-cu ildə Goranboy rayonunun Özünü Məşğulluq İdarəsində xırdabuynuzlu heyvan üçün müraciət edib. Müraciətdən sonra çəkiliş gəlib onun şəraitinə baxış keçirib və ona sorğuya çagıracaqlarını bildiriblər. Həmin vaxtdan 6 il keçdikdən sonra 09-02-2024-cü il tarixində təkrar Goranboy rayonunun Özünü Məşğulluq İdarəsində qəbula gedib. Şikayətçinin iddiasına görə idarənin nümayəndəsi İqbal və Fərid adlı şəxslər ona əmək qabiliyyətinin olmadığını və bu səbəbdən heyvan verə bilməyəcəklərini bildiriblər. Şikayətçi deyir ki, daha sonra həyat yoldaşı Aysel Mehdiyeva Goranboy rayonunun Özünü Məşğulluq İdarəsində həmin təlıblə müraciət edib. O bildirir ki, artıq 1 ildir Gözləyir hələ də heç bir cavab ala bilməyib. O aidiyyatı qurumlara müraciət edərək ona kömək etmələrini xahiş edir... Geri qayıt |