Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün"
Əsas Səhifə > Üst manşet, Güney Press > "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün"

"Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün"


26-04-2025, 08:31
"Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün"
"CityNet" internet provayderi artıq "ölkənin ən bərbad provayderi" adını haqq edirmiş kimidir. "DİA-AZ" bildirir ki, bunu sözügedən şəbəkədən vətəndaş gileylərinin durmadan artması ilə qərarlaşdırmaq olar.

Beləliklə, yenə də "CityNet"... yenə də narazılıq...

Bu dəfə Səlim Abbasov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim var" qrupunda belə gileylənir:

"Şikayətim "CityNet"dəndir. Həmişə bu provayder axşamüstü olan kimi şəbəkəsini zəiflədirdi, hətta bir qəpiklik internet belə vermirdi... İndi isə heç internet vermir. Tv-ni də ümumiyyətlə, dayandırır...

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirəm: Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün. Heç bir xidmət göstərə bilmir ya da heç müqaviləyə əməl etmir..."

Geri qayıt