Əsas Səhifə > Üst manşet / Güney Press > Lökbatan sakinlərinin 206 SAYLI PROBLEMİ
Lökbatan sakinlərinin 206 SAYLI PROBLEMİ9-04-2025, 08:26 |
![]() "Bakıda 206 saylı avtobus var. Lökbatan-Elmlər Akadrmiyası xəttini zəbt edib. Xəttə altetnativ marşurut yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə ictimai fəal Alin Hüseynli özünün sosial şəbəkə hesabında gileylənir. Narazı vətəndaş daha sonra bildirir: "Deyilənə görə, qrafiki hər 20 dəqiqədən birdir. Təsəvvür edin bir avtobus xətdən çıxsa, görün sərnişinlər növbəti avtobusu nə qədər gözləməlidir. Məsələ orasındadır ki, bu avtobuslar qrafik-zad da umursamırlar. Kefləri nə vaxt istəsə, gəlir... nə vaxt istəsə, gedirlər. Daşıyıcı şirkət "burada mənəm, Bağdadda kor Xəlifə" prinsipini əsas götürərək yanaçağa qənaət adı ilə iki reysi birləşdirir. Düşünür ki, onsuz da başqa marşurut olmadığından bu yolu gedən sərnişinlər dözmək zorunda qalqcaqlar. Deyirəm bəlkə Nuh əyamından qalan bu sınıq-salxaq avtobusları dəyişdirmək vaxtı çatıb..." Geri qayıt |