Əsas Səhifə > Üst manşet, Güney Press > "Bağlamamız var idi... axırı NƏ OLDU?"

"Bağlamamız var idi... axırı NƏ OLDU?"


Dünən, 08:48
"Bağlamamız var idi... axırı NƏ OLDU?"
"Şikayətim "Starexglobal.az" kargo şirkəti ilə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Günel Əhmədzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: " "Amazon" saytından iki bağlama sifariş etmişdim. Bağlamalardan biri mənə çatdırıldı, digəri isə təxminən iki aydır “çeşidləmə” statusunda qalmışdı. Bu müddət ərzində dəfələrlə məlumat mərkəzinə zəng etdim, hər dəfə “səbr edin, araşdırırıq, sizə geri dönüş olacaq” deyərək məni yola verdilər. Araşdırmalar şöbəsi əlaqə saxlayıb hər dəfə eyni sualı verirdi: “Bağlamanın içində nə var idi?” Lakin bundan sonra geri dönüş olmurdu.
12 fevral tarixinden həmin bağlamanın statusu “uğursuz çatdırılma” kimi göstərilir. Müştəri xidmətləri ilə əlaqə saxladım, lakin heç bir məlumat verə bilməyəcəklərini deyərək üzümə dəstəyi qoydular.
İki əsas sualım var:
1. Bağlamamın taleyi nə oldu?
2. Niyə müştəri xidmətləri bu qədər laqeyd davranır və problemi həll etmək əvəzinə zəngi sonlandırır?
Starexglobal.az, zəhmət olmasa, ya bağlamamı mənə çatdırın, ya da onun dəyərini kompensasiya edin..."

Geri qayıt