Əsas Səhifə > Üst manşet, Güney Press > "Durmayın, soyun vətəndaşı, talayın..."
"Durmayın, soyun vətəndaşı, talayın..."Dünən, 08:15 |
![]() "Bu ölkədə əlində imkan olan hər kəs, hər bir qurum vətəndaşı soymağa çalışır. Bu, xüsusilə banklara aiddir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Dünya Sakit ifadə edib. O daha sonra fikrinə belə aydınlıq gətirib: "Azərbaycan Beynəlxalq Bankından debet kartım var. Bir müddət əvvəl pulsuz olan SMS xəbərdarlıq xidmətini pullu edib, 1 manat aylıq ödəniş təyin etdilər. Bu gün baxıram ki, həmin xidmət üçün bu dəfə 3 manat çıxıblar. Zəng vurmuşam, deyirlər, əvvəlcədən xəbərdarlıq edilib sizə. Deyirəm, axı edilsə belə, hansı əsasla 3 dəfə artırmısınız bu xidməti? Deyir, Bankın tariflər şurası qərar verib. Bax belə... Görün, başqa nələr, hansı yollar var vətəndaşı soymaq üçün, durmayın, soyun, talayın..." Geri qayıt |