Əsas Səhifə > Üst manşet, Güney Press > "Məni 3 dərəcə aşağı çilingər göndərirlər"
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər"Bu gün, 09:48 |
![]() SOCAR strukturlarında işə götürmələr, habelə paralel olaraq mövcud əmək müqavilələrinin uzadılması və ixtisar prosesləri son günlər böyük narazılıqla müşaiyət olunmaqdadır. "DİA-AZ" olaraq bu qəbildən olan növbəti vətəndaş gileyini təqdim edirik. Beləliklə, SOCAR çalışanı Məlahət Hüseynova yazır: "30 il işlədiyim qurum indi mənim ştatımı ixtisar edib, məni 3 dərəcə aşağı çilingər göndərirlər. Halbuki mən öz işimdə həmişə məsuliyyətli olmuşam, bütün tapşırıqları da vaxtında... qüsursuz icra etmişəm. İndi mən getməliyəm bir başqası gəlib işləməlidir? Və dərd orasıdır ki, yerimə gətirilən də eyni zamanda məndən az stajı olan başqa münasib stata yerləşdirilməlidir. Mənsə aidiyyatı olmayan aşağı maaşlı işə qane olmalıyam. Niyə? Biri də çıxıb mənə bütün bu prosesi izah etsin... Şablon sözlərlə yox, inandırıcı, həqiqi faktlarla..." Geri qayıt |