Əsas Səhifə > Üst manşet, Güney Press > 3 minə yaxın şikayət məktubu yazıb...
3 minə yaxın şikayət məktubu yazıb...Dünən, 08:25 |
"Mən Göyçay rayon Çərəkə kənd sakini Babayeva Zeynəb Elşad qızı dövlət başçısı İlham Əliyev cənablarına müraciət edirəm" "DİA-AZ" bildirir ki, ölkə rəhbərliyinə acınacaqlı durumu ilə bağlı məlumat verən Göyçay sakini daha sonra əıavə edir: "Cənab Prezident, xahiş edirəm, mənə kömək edəsiniz. Mənim 4 azyaşlı övladım var. Gələcəyə - vətəni qorumağa 4 əsgər böyüdürəm. Amma indi uşaqlarım ac qalıb. Mən süpürgəçi işləyirdim. Məni DOST iş mərkəzi və Göyçay rayon şəhər təsərrüfat idarəsinin müdiri Murtuz Salahov işdən çıxarıb. 4 uşaq ac qalıb... Cənab Prezident, bu vaxta qədər 3 min dövlət qurumuna məktub yazmışam. Heç bir məktubun mənə köməyi dəyməyib. Burda - Göyçayda şikayətlərə baxan dövlət qurumu yoxdur. Xahiş edirəm, cənab Prezident səsimizə səs verin. Mənə bir iş verlməsinə köməklik edin". Şikayətçi ilə əlaqə nömrəsi: 0505060664 Geri qayıt |