Əsas Səhifə > Üst manşet, Güney Press > Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR
Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR7-01-2025, 08:58 |
Qəbələ rayonu Kiçik Əmili kənd sakini Şəhid anası Bayramova Dilbər Ağaşirin qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Mən Şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova müraciət edirəm. Xahiş edirəm şikayətimi obyektiv araşdırıb bizi təhqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanuni tədbirlər görəsiniz. 23 dekabr 2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində stasionar müalicə olunuram. Oğlum İntiqam əşyalarımı gətirəndə avtomobilini xəstəxananın həyətində saxlayıb ki, aparmaq asan olsun. Bunu görən həkim Fikrət Cəfərov oğlumu acılayıb üstünə qışqırıb ki, avtomobili orada saxlamaq olmaz. Oğlum İntiqam ona izah edib ki, müalicə olunan xəstə anamın yanına əşyalarını gətirmişəm tez təhvil verib gedirəm. Həkim Fikrət Cəfərov səsin başına atıb səs-küy yaradıb. Sonra mən ona irad bildirdikdə “şəhid anası olmursan nə olursan ol orada maşın saxlamaq olmaz” deyə yüksək səslə bizi təhdid etdi.Mən həkim Fikrət Cəfərovun belə həyasızlığına görə şoka düşdüm. Qeyd edim ki, oğlum İntiqam 4 ildir ki, mühafizə polisində işləyirdi və Qəbələ Rayon Mərkəzi Xəstəxanasında xidmətə çıxırdı. Bir neçə dəqiqəlik avtomobili ərazidə saxladığı üçün həkim Fikrət Cəfərov bizi təhdit etdiyi bəs deyilmiş kimi oğlum İntiqamı xəstəxanadan işdən uzaqlaşdırdı. Mən bunu şəhid ruhuna təhqir, hörmətsizlik və ədəbsizlik hesab edirəm.Oğlum İntiqamın avtomobili bir neçə dəqiqə orada dayanmaqla dünya dağılmayacaydı və burada heç bir qanun pozuntusuda yoxdur. Sadəcə direktor müavini Fikrət Cəfərov özünü kollektivə və camaata göstərmək üçün belə bir kobud hərəkətlər etdi. Mənim övaldım Coşqun Ənvər oğlu Bayramov Vətən müharibəsində torpaqlarımızlın azadlığı uğurunda canından keçdi ki, Fikrət Cəfərov kimi birisi özünə var dövlət toplayıb rahat yaşasın, Şəhid ailəsini təhqqir etsin, xidmətdən kənarlaşdırsın ?" Geri qayıt |