Əsas Səhifə > Üst manşet, Güney Press > Vətəndaşın təcili tibbi yardım DƏRDİ...

Vətəndaşın təcili tibbi yardım DƏRDİ...


4-01-2025, 09:01
Vətəndaşın təcili tibbi yardım DƏRDİ...
"TƏBİB... Azərbaycan Respublikası Səhiyyə Nazirliyi... insan həyatınnan söhbət gedir. 28 dəqiqədi mən Təcili Tibbi Yardıma düşə bilmirəm". "DİA-AZ xəbər verir ki, bunu öz etirazında Roma Qasımov adlı ictimai fəal ifadə edib.

Narazı vətəndaş daha sonra bildirir: "Budur sizin yüksək xidmətiniz? Telefondakı da açıb deyir zənglər çoxdu, ola bilməz ki, operatorun sayını çoxaldasız? Bizdə rahat arxayın yatırıq ki, Allah eləməmiş nəsə olsa səhiyyəmiz var özünü çatdıracaq..."

Qeyd edək ki, bu məsələ sosial şəbəkədə geniş müzakirə olunub və demək olar ki, rəy yazan hər kəs TƏBİB-in təcili tibbi yardım xidmətindən giley edib. Həmin rəylərdən bəzilərini təqdim edirik...

***

🤦‍♂️Kanan Rustamli:
Təcili tibbi yardım xidmətinin səviyyəsi çox aşağıdır. Bu yaxınlarda yaşadığım bir hadisə bunu bir daha təsdiqlədi. Xəstə infarkt keçirirdi, lakin onu ən yaxın xəstəxanaya çatdırmaq əvəzinə, təcili yardım əməkdaşları telefonda hansı xəstəxanaya aparmaq lazım olduğunu müəyyənləşdirmək üçün vaxt itirirdilər. Bildirildi ki, TƏBİB-in icazəsi olmadan xəstəni heç bir xəstəxanaya çatdırmaq mümkün deyil. Təəssüf ki, insan həyatına bu qədər səhlənkar yanaşılır.

🤦‍♂️Arzu Rasulzadeh:
Sehiyyemiz yoxdur! Hekimlerimiz var ama sehiyye sistemimiz berbad!

🤦‍♂️Orxan Farajov:
Men de bir vetendaş olaraq şikayetçiyem!
Xırdalan erazisinden mobil telefonla 103 xidmetine zeng etmişem mene 070 342 28 00 nömresine zeng etmeyimi bildirdiler.
Ele bil eve qonşu tibb bacısını çağırırıq...
Hansı ölkede bele zeng merkezi xidmeti var?
Bayaq ürek döyüntüsünün 2 saatdan çox 130-dan aşağı olmaması şikayetile zeng vurmuşduq indi ise uşaq (ayrı xeste) qızdırmadan yanır sala bilmirik.
Sehiyye nazirliyi mütleq bu meseleye el atmalıdır bele zeng merkezi olmaz.

🤦‍♂️Taleh Bağırov:
Vüqar Qurbanov kimi səriştəsiz birini şəxsən Mən 28 maydakı keçidə heç parkovşikdə təyin etmərəm gətirib TƏBİB nə rəhbər təyin ediblər , bu adam bu işi bacarmır vəssalam...

***

Mövzuya qayıdacağıq...

Geri qayıt