Əsas Səhifə > Üst manşet, Güney Press > Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR

Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR


Bu gün, 09:18
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR
Kəlbəcər rayonu, Oruclu kənd sakini, hal-hazırda Yevlax şəhərində yaşayan Alxanov Mərifət Əyib oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Alxanov Mərifət Əyib oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, hərbçi olmuşam. Veteranlığım üçün müraciət etdim, onu da ala bilmədim.

Ailəliyəm, sağ qolum işləmir. Müharibədən sonra adımı Dövlət Məşğulluq Agentliyinə yazdırdım. 2 illik müraciətimdən sonra, nəhayət, bu ay 20 baş qoyun, 1 baş da qoç verdilər. Həmin vaxt bildirdim ki, bu xəstə heyvanları niyə verirsiz, bunlar bunlar ölmək üzərədirlər?! Mənə dediklər ki, götürürsən götür, götürmürsənsə, özün bilərsən, imtina verə bilərsən. Məcbur qalıb həmin heyvanları götürdüm. Gətirdiyim gündən həmin heyvanları müalicə etdirdim.

Heyvanların vəziyyəti o qədər pis idi ki, yaxınlıqda heyvanı olanlar yaxın buraxmırdı. Hər kəs qorxu içindədir ki, sənin heyvanlarının xəstəliyi bizim heyvanlar da keçər. Mənə haqlı olaraq təzyiqlər olunurdu.

Onu da bildirim ki, ölən heyvanları baytar həkimlər gəlib yarırlar. Heyvanın birini yarmağa 10 manat alırlar. Mən bu heyvanları götürdüm ki, yaşayışımı biraz düzəldim, ailəmə baxa bilim. Bunları almadım ki, daha da borca-xərcə düşüm.

Belə başa düşürəm ki, Məşğulluq İdarəsi ilə baytarlar əl-bir işləyirlər.

Hörmətli redaksiya!

Özümün başıma gəlməyincə heç vaxt inanmazdım ki, bu qurum insanlara xəstə heyvanlar verir. O qədər baxımsız vəziyyətdə saxlanılır ki, heyvanlar ayaq üstə dura bilmirlər.

Heç bir yerdə işləmirəm, vəziyyətimiz çətindir. Bu qurumun əlindən belə zərər çəkən tək mən deyiləm.

Baytar həkimləri deyir ki, ölən heyvanları dərin basdır, xəstəliyi yayılmasın. 5 manat 50 qəpiyə yonca presi almışam. Məşğulluqdan verilən heyvanların hamısı ölür. Bu qədər haqsızlıq olar?



Sahil Babayev çıxışı zamanı əsəbləşərək deyir ki, elə bir şey ola bilməz, bİlmədiyinizi danışmayın, həmin heyvanlara sağlamlıq kağızı verilir.

Sahil Babayev, gəl öz görməyən gözlərinlə gör ki, heyvanlar necə qırılır. Allah səni bizim kimi ehtiyac sahibi etsin, özün kimi də məmur sənə belə xəstə, yararsız heyvan versin.

Hörmətli redaksiya!

Mən sizin sayt vasitəsilə səlahiyyətli, vicdanlı qurumlara müraciət edirəm. Prezidentə səsimizi çatdırın. Sahil Babayev və dəstəsi biz vətəndaşları dövlətdən narazı salır, bizə zülm verir. Prezident Aparatının nümayəndələri, xahiş edirəm, səsimizi prezidentə çatdırın”.

Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR

Geri qayıt