Əsas Səhifə > Üst manşet, Güney Press > Millətin bitməyən KONTAKT HOME çiləsi...
Millətin bitməyən KONTAKT HOME çiləsi...Dünən, 08:41 |
"Şikayətim metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında yerləşən "Kontakt Home"dandır". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fəridə Qasım adlı istifadəçi gileylənir. Narazı vətəndaş daha sonra bunları yazır: "Televizor almışıq oradan.... Dedilər, 6 gun ərzində çatdırılma olacaq. Amma 12 gündən sonra gətiriblər... Televizoru çatdıran günü, evdə yaşlı qaynanam olub. Ona heç nə təhvil verilməyib normal qaydada. Açıb göstərməyiblər... Sadəcə qutunu bağlı şəkildə qoyub gediblər. Axşam işdən gələndə, qutudan çıxardanda, görmüşük ki, ekranda çat var. Səhərisi gün, gedib onlara şikayət etmişik, dedilər araşdıracaqlar. Dekabrın 6-dan bu günə kimi iki gündən bir ora getmişik, xeyri yoxdur. Dünən bizə dedilər ki, guya biz özümüz onu sındırmışıq. Amma sonra bizi baş ofisə qəbula yazdılar. Belə çətin zamanda, camaatı aldadıb, pul qazanmaq haramdır. Xahiş olunur ki, bizə bir yardım edəsiniz..." Geri qayıt |