Əsas Səhifə > Üst manşet, Güney Press > TƏBİB şefinin Gəncədəki yeyintidə əli varmı?
TƏBİB şefinin Gəncədəki yeyintidə əli varmı?Dünən, 00:54 |
Gəncə Şəhər Birləşmiş Xəstəxanası yeni tenderlər elan edərək, 2 milyondan çox maliyyə əldə olunubdur. Milyonluq tenderlərin aqibəti hansı istiqamətdə səmərəli xərclənməsi hələlik aydın deyil. Amma onu da qeyd edək ki, tender elanlarında Gəncə Birləşmiş Xəstəxanası gündəmi zəbt edibdir. Hesablama Palatasının Audit yoxlanışı nəticəsində maliyyə pozuntusu tapılaraq, nəticədə Baş Prokurorluğa kimi gedib çıxmışdır. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Tibb müəssisəsinin il ərzində tenderlərini hesablasan, bir il ərzində 5 milyondan artıq tender elan edərək maliyyə əldə olunur. Son zamanlarda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vətəndaşlara etdikləri xidmət o qədərdə qənayətbaxış deyil. Sığorta şöbəsinin əməkdaşlarının vətəndaşlarla kobud rəftarı, həkim növbəsinə verilən çeklərin çətinliklə əldə olunması, şəkərli diabet xəstələrinə şəkər iynələrinin az verilməsi, digər xroniki xəstələrin və s. xəstəliyi olan vətəndaşların dərmanla təmin olunmaması hallarına rast gəlinir. Əgər həqiqətən də tender elan edib maliyyə əldə olunursa, onun nəticəsi olmalıdır. Nəticə göz qabağındadır. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeçiliyində olan 3 saylı Xəstəxanaya, Abbas Səhhət adına xəstəxanaya və digər Poliklinikalara ayrılan təmirə, avadanlıqa nəzərdən keçirəndə yenilik görünmür. Aşağıda Tenderlərin siyahısını tqdim edirik: Məbləğ: 1.935.353,81 Rayonlararası İstehsalat Kombinatı Gəncə Şəhər Birlşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işlərinin satın alınması. Nizamnamə Kapitalı 20.00 azn, Qanuni təmsilçi Soltan Baxışov Dursun oğlu Məbləğ: 15.841,5 azn "Life Elektroniks" MMC Kartriclərin doldurulması və tez sıradan çıxan hissələrinin dəyişdirilməsi. Nizamnamə Kapitalı: 10.00 azn Qanuni təmsilçi Elçin Həsənov Rasim oğlu Məbləğ: 24.113,3 azn "lokal Group" MMC Generatorlara texniki xidmət Nizamnamə Kapitalı 10.00 azn, Qanuni təmsilçi Səlim Səlimov Əmirxan oğlu Məbləğ: 89.950 azn "Tibb Texnikasının Təmiri"MMC Oksigen qovşaqlarına texniki xidmətin göstərilməsinin satın alınması Nizamnamə Kapitalı: 10.00 azn Qanuni təmsilçi Qabil Quliyev Adil Oğlu... QEYD: Hər halda TƏBİB rəhbərliyi sübut etməlidir ki, bu şübhəli oyunlarda iştirakı yoxdur... Əks halda yeyintinin ortağı kimi görünəcək... Geri qayıt |