Əsas Səhifə > Üst manşet, Güney Press > "Gül kimi ASAN-ı, DOST-u hörmətsiz edirsiniz..."
"Gül kimi ASAN-ı, DOST-u hörmətsiz edirsiniz..."10-12-2024, 15:15 |
"Fərid Əhmədov dövlətin ayırdığı pensiyanın ödənilməməsi üçün hər hoqqadan çıxır. Yəqin Sahil Babayevdən təlimat alır!" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında ifadə edən tanınmıç jurnalist Anar Niftəliyev Ədliyyə Nazirinin ünvanına daha ağır ittihamlar səsləndirib. O bildirir: "Bəs, deyirdiniz "avropatəhsillilər" gələndə hər şey elektronlaşacaq, avtomatlaşacaq? Fikrət Məmmədovun Allah atasına, atasının atasına, atasının atasının atasına rəhmət eləsin! Hər gələn avropatəhsilli "müasir" gənc də özündən əvvəlki bəyənmədiyimiz, "köhnənin qalığı" saydığımıza bu qədər rəhmətmi oxudar? Fərid Əhmədov hansı beyinlə universitet arayışının icrada təsdiqlənməsini tələb edir? Bu, Avropanın harasında təhsil alıb, bunu harda görüb? QR ilə bütün sistem əllərinin altında olduğu halda niyə kor olurlar? Rüsvay olasınız sizi! Gül kimi ASAN-ı, DOST-u hörmətsiz edirsiniz..." Geri qayıt |