Əsas Səhifə > Üst manşet, Güney Press > Azərbaycanda yeni Agentlik yaradılır...

Azərbaycanda yeni Agentlik yaradılır...


10-12-2024, 08:23
Azərbaycanda yeni Agentlik yaradılır...
Məlum olduğu kimi, bu il noyabrın 21-də prezidentin sərəncamı ilə iki qurum ləğv edilib. Onlardan biri Azərbaycan Dövlət Tərcümə Mərkəzi, o birisi isə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzidir. Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, ləğv edilən bu qurumların funksiyalarının başqa müvafiq strukturlara ötürülməsi ilə bağlı iki ay müddətində təkliflər hazırlasın. Hazırda Nazirlər Kabinetində bu təkliflər üzərində iş gedir.
Bizimyol.info saytına daxil olan məlumata görə, Mədəniyyət Nazirliyinin tabeliyində Kitab Agentliyi yaradılacaq. Ləğv olunmuş Dövlət Tərcümə Mərkəzinin, eləcə də, Monitorinq Mərkəzinin funksiyalarının bir hissəsi həmin Agentliyə veriləcək. Həm bəzi funksiyalar isə Milli Elmlər Akademiyasına, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Xidmətinə (ASAN Xidmətə) ötürülə bilər. Kitab Agentliyinin əsas vəzifələri nəşriyyat, kitab çapı işlərini, kitab bazarını tənzimləmək, Azərbaycan kitabının, o cümlədən, bədii əsərlərin xarici ölkələrdə nışri, yayılması, bir sözlə, dünya bazarına çıxarılması olacaq.

Xatırladaq ki, Dövlət Tərcümə Mərkəzinin sədri yazıçı Afaq Məsud idi. O, 1989-cu ildə Yazıçılar İttifaqı yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavini, 1991-ci ildə sədri olmuşdu. Sonralar isə Dövlət Tərcümə Mərkəzi yaradılmış və Afaq Məsud bu Mərkəzə sədr təyin edilmişdi. Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi isə öz fəaliyyətini davam etdirir. Bu qurumun sədri tanınmış tənqidçi, esseist Əsəd Cahangirdir.

Geri qayıt