Əsas Səhifə > Üst manşet, Güney Press > Kamal Abdullanın rəhbərliyi altında...
Kamal Abdullanın rəhbərliyi altında...9-12-2024, 08:39 |
"Məşhur diplom alverçisi, tanınmış rüşvətxor, əvəzsiz ideya oğrusu və plagiator, dahi provakator, ölkənin siyasi rəhbərliyinin “repressiya”sına məruz qaldığını çar cəkən “dissident” rektor Kamal Abdullayev bacısı oğlu Azad Məmmədovun briqadirlik etdiyi İxtisaslaşdırılmış müdafiə şurasının bir necə “sözə baxmayan” üzvünü dəyişdirmək istəyir. Onların əvəzinə Elmi işlər üzrə prorektor vəzifəsinə iddialı olan və qeyri-rəsmi şəkildə onun səlahiyyətlərini yerinə yetirən dekan öz yaxınlarını və “imkanlı”ları cəlb etmək üzərində işləyir..." "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir. Onun növbəti açıqlamasından bəzi hissələri təqdim edirik: "İngilis-fransız dilləri fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri vəzifəsi qeyri-rəsmi şəkildə hərraca çıxarılıb. Rektor Kamal Abdullayevin vaxtilə Prezident Administrasiyasına mənim haqqımda iftira məktubu yazdırdığı həmin kafedra müdiri “imkanlı” namizəd tapılıncaya qədər vəzifəsini icra edəcəkdir. Preyskurantda kafedra müdiri vəzifəsinin qiyməti 50 min manatdır. İxtisaslaşdırılmış müdafiə şurasının briqadiri və Ümumi dilçilik kafedrasının müdiri Azad Məmmədov özünün və başqalarının doktorant və dissertantlarına “Google Translation” proqramı ilə dissertasiya ştamplamaq işini müəyyən müddətə dayandırıb. İndi bu işlə tez bir zamanda professor adı almaq üçün fəlsəfə doktoru yetişdirmək istəyən dekan məşğul olur. Azərbaycan Dillər Univeristetinin İxtisaslaşdırılmış müdafiə şurasında müdafiə etmiş iddiaçılara opponent olmuş bir qrup şəxs almalı olduqları opponentlik haqqının çox hissəsini Kamal Abdullayev və onun Maliyyə işləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva mənimsədikləri və yerdə qalanını da uzun müddət sonra verdiklərinə görə haqlarının onların boğazında qalması üçün kollektiv şəkildə elə bu cütlüyün cadugərinə müraciət etmiş və çox təsirli bir əks-cadu yazdırmışlar. Təsirinin tezliklə olacağı bildirilir..." Geri qayıt |