Əsas Səhifə > Üst manşet, Güney Press > Birinci qrup əlil ACINACAQLI DURUMDA

Birinci qrup əlil ACINACAQLI DURUMDA


Dünən, 08:49
Birinci qrup əlil ACINACAQLI DURUMDA
Ağsu rayonu, Ərəbuşağı kənd sakini Həsənova Güllər Xanağa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, həyat yoldaşı birinci qrup əlil olsa da, onları sosial mənzillə təmin etmirlər:

“Mən, Həsənova Güllər Xanağa qızı, yazaraq bildirirəm ki, yoldaşım Həsənov Ceyhun Sayıbəli oğlu birinci qrup əlildir. Bədəninin 90 faizini itirmiş ağır yataq xəstəsidir. Yalnız əlləri işləyir. Əqli qabiliyyəti yerindədir.

Evimiz həqiqətən də bərbad vəziyyətdədir. Çətin vəziyyətdə yaşayırıq. Ev növbəsində durmuşuq. İndi mənə bildirirlər ki, sizə ev düşmür, balansımızda sizə ev yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna da yoldaşım üçün mühərrikli araba üçün müraciət etmişəm. Amma bizə mühərrikli araba da verilmir. Mənə bildirirlər ki, sizin yoldaşınıza mühərrikli araba düşmür, əlləri işləyir. Lakin mənim yoldaşımı yataqdan qaldırmağa gücüm çatmır. Belə yataq xəstələrini qaldırmaq üçün xüsusi qurğular var, onu da vermirlər. Çox çətinlik çəkirəm.

Maddiyyata ehtiyacımız yoxdur, pensiya alırıq. Özüm də süpürgəçi işləyirəm.

Övladlarım tələbədir. Ən böyük problemimiz evlə bağlıdır. Hamam şəraitim yoxdur ki, yoldaşımı yuyundurum”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimova və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanova məlumat verilib. Şikayətçinin müraciəti araşdırılacaq.

Birinci qrup əlil ACINACAQLI DURUMDA
Birinci qrup əlil ACINACAQLI DURUMDA
Birinci qrup əlil ACINACAQLI DURUMDA
Birinci qrup əlil ACINACAQLI DURUMDA

Geri qayıt