Əsas Səhifə > Üst manşet, Güney Press > Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır?

Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır?


Bu gün, 08:47
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır?
Bu dəfə narazılıq edən vətəndaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətsizliyindən və nəticədə yaranmış özbaşınalıqdan giley edir. "DİA-AZ" bildirir ki, bu tipli narazılıqlar günü-gündən artsa da, nə hansısa tədbir görülür, nə edilən müraciətlərə reaksiya verilir. Bu isə daha çox özbaşınalıq əlamətidir..
Amma nəyin necə olmasından asılı olmayaraq biz də vətəndaş gileylərini ictimailəşdiririk ki, bəlkə nəsə dəyişə... təbii ki müsbətə doğru...
Beləliklə, narazı vətəndaşlardan biri "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında yazır: "Şikayətim 148 nömrəli avtobusdandır. Kartla olan avtobusda niyə nağd pul almalıdırlar?

Aparatın üzərini də bağlayıblar ki, guya işləmir... Hansl ki işıq yanır. Kim isə soruşanda da deyirlər ki "biz beləyik... bizə olar" kimi sərt danışıqlar sərgiləyirlər.

Bu marşrut xəttinin sahibləri Zabratda `at oynadırlar`!

Buna bir tədbir görülsün zəhmət olmasa!"

Geri qayıt