Əsas Səhifə > Üst manşet, Güney Press > İsa Həbibbəylinin MALALAMA SİYASƏTİ
İsa Həbibbəylinin MALALAMA SİYASƏTİDünən, 08:27 |
"Jurnalistin verdiyi suala AMEA prezidenti İsa Həbibbəylinin cavabı açılan cinayət işinin mənasızlaşdırılması cəhdi deyildimi?! Adam açıqca deyir ki, mənə sərf edən suallar verin!" "DİA-AZ" xəbər verir ki, bu ilginc açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib. O daha sonra davam edir: "Ölkə elminin taleyi belələrinin əlində olanda, əlbəttə, insan taleyinin qara qəpik qədər qiyməti olmayacaq. Elmi də, dövlətçiliyi də, Vətəni də, insanlığı da, qanunu da, ədaləti də beləcə mənasızlaşdırdılar... Jurnalist: "Milli Elmlər Akademiyasında cinayət işi başladıldı. İki min iyirmi iki..." İ.Həbibbəyli onun sualını yarımçıq qoyaraq deyir: "Nə?! COP 29-dan soruşun, bir şeylərdən soruşun!" Yüksək səviyyədə təşkil olunmuş COP 29 qlobal əhəmiyyətli tədbirdir və öz axarı ilə gedir. Siz rəhbərlik etdiyiniz qurumla bağlı suala məsul bir şəxs kimi aydınlıq gətirin, möhtərəm akademik! Hər işi, bax, beləcə etdiyinizə, şəxsi maraqlarınızı güddüyünüzə, doğruya qənim kəsildiyinizə, elmin başına daş saldığınıza, ləyaqətli övladlarımızı rəncidə etdiyinizə görə bir ölkə və bir xalq olaraq batırıq. Məhz sizlərin qeyri-səmimi, boğazdan yuxarı davranışlarınızın, əməllərinizin ucbatından..." Geri qayıt |