Əsas Səhifə > Üst manşet, Güney Press > "Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa..."

"Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa..."


12-11-2024, 10:16
"Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa..."
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı olduqca ilginc bir məsələyə diqqət yönəldib. "DİA-AZ" bildirir ki, tanınmış hüquq müdafiəçisi neftçilərdən birinin müraciətini yayaraq "Neftçi bilmək istəyir ki. işçinin suçu nədir" deyə aidiyyatı qurum və şəxslər qarşısında sualla çıxış edir.

M.Qəhrəmanlıya istinadla neftçinin müraciətini təqdim edirik: "ƏƏSM Nazirliyinin neft sənayesində işləyən fəhlə və qulluqçuların tarif ixtisas sorğu kitabında 6-cı dərəcəli neft-qaz operatorunun vəzifəsi qeyd olunub. Amma ,məs;bizim idarədə 5-ci dərəcədən yuxarı operator vəzifəsi yoxdur . SOCAR Baş ofisinə müraciət etmişəm , ofisdən bildiriblər ki, guya mənim işlədiyim idarədə 6-cı dərəcəli operatora aid mürəkkəb işlər olmadığı üçün bizdə bu dərəcə tədbiq olunmur. Bu halda soruşmaq istəyirəm SOCAR-n hansı idarəsində 6-cı dərəcəli operator vəzifəsi tədbiq olunur? Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa, onda tarif sorğu kitabında bu haqda niyə yazılıb?
Necə olur ki, mədəndə quyularda cari təmir və yaxud qazma 6-cı dərəcəli qazmaçı , 6-cı dərəcəli Xüsusi Texnika işlədənlərlə, bir yerdə iş görən neft qaz çıxarma operatoruna 6-cı dərəcə şamil olunmur? Bu necə ola biler? Bütün məsuliyyət operatorun üzərində , gələn-gedən batırır gedir,təmizliyi operatordan tələb edirlər, neft zəif gəlir hasilatı mədəndən tələb edirlər. Dərinə gedilsə məlumatınız olsun ki, neft-qaz çıxarma operatoru öz əmək funksiyasından əlavə ,özünə aid olmayan,(rəngləmə , təmirçi- çilingər ,tokelajçı, , gəminin ipini alan, nümunə götürən ,quyu debitini ölçən, SAP işləri, xadimə işləri və s.) bir sıra işləri də görür. Halbuki bunlarin hamısı ayrı-ayrı peşələrə aid işlərdir və bunların hər birinin konkret öz işçisi olmalıdır. Bu barədə əlbəttə ki,nazirliyə müraciət olunacaq. Amma istərdim ki, faktiki olaraq digər sahələrdə 6-cı dərəcə neft çıxarma operatoru işləyib işləməyənlərin olub -olmadığını öyrənim. Bizim idarədə illərlə 4-cü dərəcə ilə işləyən çox təcrübəli operatorlarımız var, 6-cı dərəcə tədbiq olunsaydı, onlar da 5-ci dərəcəni rahat alardı. Hamısı da ki, usta əvəzi qədər işləyə bilən ixtisaslı işçilərdir..."

"Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa..."
"Əgər bu vəzifə ümumiyyətlə tədbiq olunmursa..."

Geri qayıt