Əsas Səhifə > Üst manşet, Güney Press > Dörd oğul atası ÇƏTİN DURUMDA...
Dörd oğul atası ÇƏTİN DURUMDA...Bu gün, 08:29 |
"Mən Əhmədov Əli Şakir oğlu, aidiyyatı qurumlardan və Dövlət başçımızdan mənə köməklik etmələrini xahiş edirəm". "DİA-AZ" bildirir ki, bunu öz müraciətində Göyçay rayonu Çərəkə kənd sakini Ə.Əhmədov qeyd edib. Çətin durumda olduğunu və ağır xəstəliklə mübarizə apardığını deyən Göyçay sakini müvafiq dövlət qurumlarından ona dəstək olunmasını istəyir. O bildirir: "Mənim 4 azyaşlı övladlarım var. Gələcəyə 4 əsğər böyüdürəm. Mənim sol ayağım tutulur və ağrılarım çoxdur. Mualicələr almağıma baxmayaraq sağlığımı bərpa edə bilmirəm. Xeyri yoxdur. Mən işləməsəm, üşaqlarım aç qalacaq. Mənə kömək etməklərini istəyirəm. Xahiş edirəm, Əmək və Əhalinin Sosial Müdafiə Nazrliyi mənə köməklik etsin..." Qeyd edək ki, müvafiq olaraq vətəndaşın müraciəti ilə əlaqədar "DİA-AZ" ƏƏSMN-ə sorğu ünvanlayıb. Geri qayıt |