Əsas Səhifə > Üst manşet, Güney Press > Naxçıvanda TALANÇI ÜÇLÜK peyda olub...

Naxçıvanda TALANÇI ÜÇLÜK peyda olub...


Bu gün, 08:21
Naxçıvanda TALANÇI ÜÇLÜK peyda olub...
"Samiq Sadıxovun köməkçisi,kassiri,aparat rəhbəri,hal-hazırda Samiq Sadıxov tərəfindən qeyri rəsmi idarə olunan TMİB-in icraçı direktoru hörmətli (TMİB-in instaqram səhifəsində qeyd edildiyi kimi) Vüsal Məmmədov və Naxçıvan İTS-in idarə heyətinin sədri hörmətli (TMİB-in instaqram səhifəsində qeyd edildiyi kimi) Elnur İbrahimov Samiq Sadıxovla birlikdə etdikləri maxinasiyalarinin aşkara çıxdığını görüb qapı-qapı düşərək özlərinə yeni arxa axtarırlar ki,dövlətdən korrupsiya və talamaq yolu ilə əldə etdikləri var-dövləti qoruya bilsinlər". "DİA-AZ" xəbər verir ki, bunu jurnalist Sima Babayeva özünün "facebook" səhifəsində qeyd edib.

Naxçıvanda TALANÇI ÜÇLÜK peyda olub...

O daha sonra əlavə edib: "Müstəqil qurumlar olmasına baxmayaraq uzun müddətdir Samiq Sadıxov tərəfindən idarə olunan TMİB-in icraçı direktoru və Naxçıvan İTS-in idarə heyətinin sədri əyri işlərinin üstünün açıldığını və getdikcə də bütün etdikləri qanunsuzluqların üstünün açıldığını görüb öz aralarinda gizlin sövdəşələrək cəmiyyətə və rəhbərlərə oyun oynamağa başlayaraq guya bunların münasibəti pozulub,amma gizlində görüşərək əvvəlki əməllərinə davam edirlər.
Sövdələşmələri isə ondan ibarətdir ki,heç olmaya 3-dən hər hansısa biri vəzifədə qalsın vəziyyəti idarə edə bilsinlər.
Halbuki bunu bütün rəhbərlər və cəmiyyət bilir ki,Samiq Sadıxov tutdugu vəzifəsin itirərsə havadarlıq etdiyi Naxçıvan İTS-in idarə heyətinin sədri və TMİB-in icraçı direktoru da işlərini itirəcək.
Çünki bütün maxinasiyalar bu 3-lük tərəfindən cinayət əlaqəsinə girərək edilib.
Qısa bir not:Samiq Sadıxov komissiya yaradaraq Vüsal Məmmədovu komissiya sədri qoyub (Vüsal Məmmədov Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri olan zaman)komissiyanın sədri Vüsal Məmmədovun qərarı ilə istədikləri adamlara 5.000 manat,10.000 manat və daha üstün əmək haqqılar təyin ediblər,Naxçıvan İcbari Tibbi Sğorta tərəfindən həmin pulları adamların hesabına vurduraraq dövlətin pulunu mənimsəyiblər(Araşdırma aparsalar həmin ödənişlər olunmuş şəxslərə pullar köçən zaman diplomların Azərbaycan dövləti tərəfindən tanınmadığını,diplom tanınmalarının pulu aldıqdan neçə aylar sonra baş tutduğunu aşkar edərlər).
Qeyd:Türkiyə Respublikasının prezidenti heç bu qədər əmək haqqı almır.
Bu 3-lüyün rəhbəri olan Samiq Sadıxov əvvəllər etdiyi kimi öz qanunsuz əməllərini kimlərinsə boynuna qoyaraq vəziyyətdən çıxana kimi rəhbərlərə və cəmiyyətə münasibətimizin olmadığını göstərin deyir,halbuki axşam saatlarında və digər gizlin yollarla əvvəlki idarəetməni davam etdirirlər.Hər yerdə bildirir ki,özümə paytaxtdan bizim maxinasiyaları ört basdır etmək üçün yaxşı arxa dayaq tapmışam.
Növbəti yazılarımızda bu üçlüyün digər əməlləri barədə ətraflı məlumat verəcəyik..."

Geri qayıt