Əsas Səhifə > Üst manşet, Güney Press > Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ...

Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ...


Bu gün, 08:51
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ...
Naxçıvanda fəaliyyət göstərən Türkiyəli iş adamları redaksiyamıza məktub yazaraq MR-nın Vergi Xidmətindən xeyli narazlıqlarını bildiriblər.

İddialarına görə, Naxçıvan Vergi Xidmətinin rəisi C.Kəngərli onlara “qənim kəsilib”.

"DİA-AZ" bildirir ki, bu barədə narazılıqlarını ifadə edən türkiyəli sahibkarlar artıq Muxtar Respublikasının ərazisini tərk etmək zorunda qaldıqlarını bildirirlər.

Onların müraciətində deyilir: "Naxçıvan Vergi Xidmətinin rəisi C.Kəngərli biz türkiyəli iş adamlarına “qənim kəsilib”. Bizə əsassız olaraq əlavə hesablamalar haqqında bildiriş yollayıb, bizləri RİSKLİ VERGİ ÖDƏYİCİSİ elan edib.

Bunu da nəticəsində biz türkiyəli iş adamları Naxçıvanı tərk etmək məcburiyyətində qalmışıq..."

Geri qayıt