Əsas Səhifə > Üst manşet, Güney Press > Nazir NK-nın qərarlarını SAYA SALMIR...

Nazir NK-nın qərarlarını SAYA SALMIR...


Bu gün, 09:38
Nazir NK-nın qərarlarını SAYA SALMIR...
Kəlbəcər dən məcburi köçkün düşən, hazırda Gəncə şəhərində yaşayan Allahverdiyev Cahad Dilqəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Allahverdiyev Cahad Dilqəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, əslən Kəlbəcər rayonundanam, hazırda Gəncə şəhərində yaşayıram. Bir dəfə ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Əsassız yerə imtina cavabı gəlib.

Yenidən müraciət etdim, artıq 30 iş gününə yaxın müddət keçməsinə baxmayaraq, evə baxış keçirilməyib. Nazirlər Kabinetinin qərarına əsasən, 15 iş günü müddətində baxılmalıdır. Qaynar xəttə zəng edirəm, deyirlər ki, qısa müddət ərzində sizə cavab veriləcək. Bu qısa müddət nə vaxtdır? Nazirlər Kabinetinin qərarını Sahil Babayev niyə pozur?”

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, vətəndaşın şikayəti araşdırılıb, məlumat veriləcək.

Geri qayıt