Əsas Səhifə > Üst manşet, Güney Press > Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR

Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR


Bu gün, 08:45
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR
Qubadlı rayonu, Həmzəli kənd sakini Quliyeva Əminə Şükar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Quliyeva Əminə Şükar qızı, bildirim ki, Sumqayıt şəhəri, 22-ci məhəllə, H.Əliyev prospektində yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin inzibati binasında, mənzil 229-da məskunlaşmışdım. 17.01.2024-cü il tarixdə, saat 22:00 radələrində yaşadığımız mənzildə yanğın hadisəsi baş verdi. Yanğının güclü olması səbəbindən evdən heç nə çıxara bilmədik. Bununla əlaqədar bizə 8 min manat pul verdilər.

Aidiyyatı qurumlara müraciət etmişəm. Ancaq deyirlər ki, sizinlə müqavilə bağlayaq, kirayə pulunuzu verək. Biz kirayə pulun nə edirik? Bizə yaşayış üçün yer versinlər, orada yaşayaq və əmin olaq ki, heç kəs bizi oradan çıxarmayacaq. Hazırda ucuz ev axtarıram, amma tapa bilmirəm.

Kirayə müqaviləsinin bağlanılması üçün notariusa 43 manat pul ödədim. Evin kirayə pulunu verdim. Bir müddətdən sonra mənə kirayə pulu ödənildi. Ayın 20-si ev sahibi qapımı döyür, kiyarə haqqını istəyir.

Qohumlarımız olmasaydı, geyinməyə paltarlarımız da olmayacaqdı. Əmim oğlunun da yanğın zamanı pulu yandı, heç ona da baxan olmadı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm ki, bizi evlə təmin etsinlər. Elə deyirlər ki, kirayə pulunuzu veririk.

Hardadır bizim deputatımız? Evimiz yananda bizimlə heç maraqlanmadı. Bizim üçün deputat yoxdur, bizə elə deputat lazım da deyil.

“Baku Electronics” dən kreditlə ət çəkən maşın, telefon almışam. Evim yanarkən həmin əşyalar da ciddi ziyan görmüşdür. İndiyədək gücüm çatan qədər kredit borcumdan ödəmişəm, amma indi ödəyə bilmirəm. Dövlət nə zaman mənə dəyən ziyanı qarşılasa, o zaman mən də kredit borclarımı ödəyərəm”.

Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR

Geri qayıt