Əsas Səhifə > Üst manşet, Güney Press > Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ...

Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ...


Bu gün, 09:36
Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ...
"Naxçıvanda yenidən tender əməliyyatlarına start verildi". Bu barədə "DİA-AZ" sosial şəbəkələrə istinadla xəbər verir.
Məlumatda daha sonra deyilir: "Naxçıvan NK-dakı mənbələrimizdən aldığımız məlumata görə, dünən Muxtar Respublikanın Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinin təcili toplantısını keçirib. Toplantının gündəmində yenə tender məsələsi dayanıb.
Bildirilir ki, bundan əvvəl nazirlərinə ondan xəbərsiz tender keçirməyi qəti şəkildə qadağan edən Baş nazir dünənki fövqəladə toplantıda bu qərarını dəyişdirib. Hətta nazirlərə tapşırıb ki, təcili tender keçirməyə başlasınlar. Hansı şirkət olursa-olsun, onlar dərhal tenderlərə cəlb edilsin və Naxçıvanın payına düşən illik tender layihələri yekunlaşdırılsın. Çünki yaxın həftələrdə il tamamlanacaq, Naxçıvan NK yenə tender planını doldurmamış gələn ilə qədəm qoymasın.
Naxçıvan NK-nın bəzi “ağzıgöyçək” məmurları isə öz aralarında yarıciddi, yarızarafat pıçıldaşırmışlar ki, yəqin “pendersatanın tendersatanı” ümumbəşəri liderinin əziz xatirəsinə ehsan vermək üçün pul yığmaq fikrinə düşüb. Bu səbəbdən də Pensilvaniyadan qara xəbər gələn günü tenderlərə başlamaq barədə qərar verib".

Geri qayıt