Əsas Səhifə > Üst manşet, Güney Press > KAPİTAL BANK adına SOYĞUN...

KAPİTAL BANK adına SOYĞUN...


Bu gün, 09:58
KAPİTAL BANK adına SOYĞUN...
"Şikayətim "Kapital Bank"dandır". Dia-az.Media xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Asim Məmmədli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: " "Appstore"də 30 $ ödəniş manata 1$=2.02 AZN kimi konvert olunaraq 60,71 AZN hesablanıb, üstəlik 9,26 AZN komissiya hesablanıb. Nəticədə 30 dollarlıq alış mənə 70 manata başa gəldiyi üçün refund tələbi etmişəm və xahişim qəbul olunub. Bir gün keçməmiş ödəniş geri qaytarılsa da, kartıma mədaxil olunmur. Dərdimi operatora yazıram, Pərvin xanım (və ya bəy) 1 saat “görüldü” atır. Sonra Elçin bəy gəlir, o da baş çıxara bilmir, o da saatlarla mesaja baxır. Sonra nə sualıma cavab vermir (niyə 30 dollarlıq alış üçün bu qədər komissiya və konvertin bu şəkildə olduğunu deyə bilmir), nə də ödəniş kartıma qayıtmır. Dünyanın o biri ucundan mənə saatlar içində cavab gəlir, Apple şirkəti hörmətlə ödənişimi geri qaytarır, doğma vətənimizdəki bank mənə “30 gün gözlə”,- deyə cavab verir. Üstəlik heç bir sualı cavablandırmır. 30 gün indi oturub gözləyək ki, pulumuz nə vaxt qayıdır və ən əsası bilməyəcik ki, nə qədər qayıdacaq. Pul kartdan xaric olduğu kimi çıxacaq, yoxsa ordakı komissiyanı da yeyəcəklər? Nə edək, nə qədər gözləyək?"

KAPİTAL BANK adına SOYĞUN...
KAPİTAL BANK adına SOYĞUN...
KAPİTAL BANK adına SOYĞUN...
KAPİTAL BANK adına SOYĞUN...
KAPİTAL BANK adına SOYĞUN...
KAPİTAL BANK adına SOYĞUN...
KAPİTAL BANK adına SOYĞUN...



YAZILARA İSTİNAD MÜTLƏQDİR...
Geri qayıt