Əsas Səhifə > Üst manşet, Güney Press > "Sonra mənə heç bir yerdə iş vermədilər"

"Sonra mənə heç bir yerdə iş vermədilər"


Bu gün, 09:51
"Sonra mənə heç bir yerdə iş vermədilər"
Şahbuz rayonu, Keçili kənd sakini Ağayev Nəsimi Xanlar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işdən qanunsuz olaraq çıxarıldığını iddia edir:

“Mən, Ağayev Nəsimi Xanlar oğlu, bildirim ki, hərbidə işləyirdim. 13 il iş stajım var.

Anam xəstələndi, onu xəstəxanaya aparmalı oldum. İcazə almağıma baxmayaraq, məni işdən çıxardılar. Sonra mənə heç bir yerdə iş vermədilər.

Hərbi hissədən əvvəlki illərin məzuniyyət pullarını da ala bilmirəm. 10 aydır yoldaşımdan ayrılmışam, aliment verə bilmirəm. Atam rəhmətə gedib, anam isə yataq xəstəsidir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub yazdım. Amma heç bir köməklik olmadı.

Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, mənim işə bərpa olunmağıma kömək etsinlər”.

Geri qayıt