Əsas Səhifə > Üst manşet, Güney Press > "Hava yaxşı ola-ola niyə gəmi verilmir..."

"Hava yaxşı ola-ola niyə gəmi verilmir..."


Dünən, 08:53
"Hava yaxşı ola-ola niyə gəmi verilmir..."
"Azneft İstehsalat Birliyinin "Neft Daşları" 1-ci, 2-ci, 4-cü və 5-ci mədənlərində çalışan 80-ə yaxın neftçi növbə dəyişmək üçün gəmi ilə təmin olunmayıb". Dia-az.Media xəbər verir ki, bunu öz etirazında tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Orda çalışan işçilərə istinadla problemi qabardan hüquq müdafiə təşkilatı rəhbəri daha sonra əlavə edir:
"Neft Daşlarının proqnoz bürosu paylaşıb ki, sabah (yəni bu gün -red.) günortaya kimi külək zəifdir, dalğa 1.5-2.0 metr olacaq. Günün ikinci yarısında isə 2 metrdən çox olacaq. Sabah (bu gün) 8imkan və şans ola-ola gəmi ilə təmin edib, növbəni dəyişmirlər. Halbuki özləri proqnoz veriblər ki, günortaya kimi dalğanın hündürlüyü 1,5 m olacaq. O biri növbənin vaxtı çatanda gecə 3-də işə gətirirlər. Bizə gələndə isə deyirlər gəlməyin, gözləyin. Olmazmı ki, elə bizi də gecədən gəmi ilə təmin etsinlər, rahat gedək işə? Sabah (bu gün) dəyişə bilməsək, 4 gün qalacağıq evdə, bu da maaşa təsir edəcək. Yəni bundan pis havada dəyişiblər bizi. Çox gülməli haldır vallah... Hava yaxşı ola-ola niyə gəmi verilmir... bilmirik..."

Geri qayıt