Əsas Səhifə > Üst manşet, Güney Press > Dövlətin puluna YAĞI MÜNASİBƏTİ...
Dövlətin puluna YAĞI MÜNASİBƏTİ...15-10-2024, 08:40 |
Laçın rayonu, Katos kənd sakini Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik: “Mən, Abdullayev Əbdül Nurqələm oğlu, bildirim ki, hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayıram. Həyat yoldaşım Abdullayeva Tünzalə Fizuli qızı 2 ilə yaxındır mal-qara almaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Avqustun 29-da bizə zəng edərək bildirdilər ki, Şəki rayonunun mal bazarından heyvanlarınızı götürə bilərsiz. Biz heyvanları aldıq. Səhəri gün heyvanların 21-i də xəstələndi, iki baş heyvan tələf oldu. Sosial şəbəkə vasitəsi ilə cənab Prezidentə və Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etdim. Məşğulluq Agentliyinin nümayəndəsi gəldi, gördü ki, heyvanların xəstə olduğunu təsdiqlədi. Dövlət Məşğulluq Agentliyinin işçiləri gələrək, heyvanları apardılar. Bizə bildirdilər ki, sizə sağlam heyvan verəcəyik. Bir gün xəbər verdilər ki, sizə sağlam heyvan gətirmişik. Bu dəfəki heyvanlar isə qoca və xəstə idi. Biz heyvanlardan imtina etdik”. Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Şəki rayonu, Çələbixan qəsəbəsi sakini Abdullayeva Tünzalə Fizuli qızının müraciəti agentlik tərəfindən araşdırılıb: “Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır. 29.08.2024-cü il tarixdə “qoyunçulqu təsərrüfatı” zərfi üzrə aktivlərlə təmin olunub. 12.09.2024-cü il tarixində vətəndaş Məşğulluq Agentliyinin yerli filialına müraciət edərək heyvanlardan birinin tələf olduğunu bildirib və digər heyvanların da dəyişdirilməsini tələb edib. Tünzalə Abdullayevanın müraciəti əsasında sənədləri aidiyyəti üzrə baxılması üçün göndərilib. Vətəndaş bir neçə dəfə, sonuncu dəfə isə 04.10.2024-cü il tarixdə yeni aktivlərlə təmin olunmaq üçün paylanış prosesinə dəvət edilib. Tünzalə Abdullayeva hər dəfə heyvanları götürməkdən imtina edib. Vətəndaş növbəti aktiv paylama prosesinə dəvət ediləcəkdir”. Geri qayıt |