Əsas Səhifə > Üst manşet, Güney Press > Nədən KAPİTAL BANK tədbirli görünmür...

Nədən KAPİTAL BANK tədbirli görünmür...


Bu gün, 09:14
Nədən KAPİTAL BANK tədbirli görünmür...
Bank oğurluqlarına çözüm varmı? Son zamanlarda yüzlərcə insanın bankdakı vəsaitinin hansısa formada ələ keçirildiyi məlumdur. Yüzlərcə halın səbəbləri içərisində təbii ki, vətəndaş naşılığı, innovasiya təcrübəsizliyi də var. Yəni bilinməyən linkə girmək, zərərli tətbiq yükləmək, bank məlumatlarını qorumamaq və s.
Lakin, bütün bu qaydalara, təhlükəsizliyə riayət etdiyi halda, yenə də hesabına müdaxilə olan halların olması, onu göstərir ki, işin içində, təəssüf ki BANK ƏMƏKDAŞLARI da var! Əlbəttə o ayrı məsələ ki, onlar, polisə arxayın olmasalar, belə asanlıqla, ciddi kibercinayətlərə əl atmazlar..." Dia-az.Media xəbər verir ki, bu barədə ictimai fəal, QHT təmsilçisi Emin Aydın qeyd edib.
Özünün sosial şəbəkə hesabında olduqca aktual məsələyə - vətəndaşların bankların da iştirakı ilə qarəti probleminə toxunan E.Aydın daha sonra "Hörmətli vətəndaşlar, gəlin bir sual verim..." deyərək fikrini daha da əsaslandırır: "Yüzlərcə insan bu haldan narazılıq etdiyi halda və zərər çəkdiyi halda, nəyə görə hələ də "Kapital bank" və digər banklar, heç bir tədbir görmək istəmir?
Çünki zərərçəkmişlər, kortəbii və dağınıqdır!
Sözü, bir yerə qoyub, kütləvi şəkildə müraciət hazırlamaq, mediaya təqdim etmək, polisə də, banka da təzyiqi xeyli gücləndirəcək. Həm də bankın nüfuzu daha sürətlə aşağı düşəcək. Bank görsə ki insanlar kültəvi şəkildə qaçırlar və pul kütləsi azalır, o zaman məcbur qalacaqlar ki, tədbir görsünlər. Sözsüz ki, bank, bu halda sığortalama sistemini işə salmağa məcbur qalacaq. Yəni bankdakı məbləğlər, cüzi ödəniş müqabilində sığortalanacaq.
Yoxsa bunu etməsək, yəni kütləvi bir müraciət olmasa, təşkilatlanma olmasa, o halda hər gün bir adresdə, x bir vətəndaşın ah-naləsi eşidiləcək və kortəbii, təksəsli bir etirazın heç bir ciddi nəticəsi olmayacaq və daha minlərlə insanın yüzminlərcə vəsaiti ələ keçəcək.
Nəzərə alın ki, kapitalbank-da, abb-də bu cür hallar kültəviləşsə, digər bankların əməkdaşları da həvəslənib, oğurluğa girişəcəklər. Çünki aydın məsələdir ki bu kimi oğurluqlar, əsasən bankın öz əməkdaşları tərəfindən edilir. Əks halda, kim hardan bilir ki tutalım mənim filan bankda kartım var və kartda filan qədər pul var, yaxud da mənə filan qədər kredit düşür?
Bunu bir Allah bilə bilər, bir də bankın öz əməkdaşı..."

Geri qayıt