Əsas Səhifə > Üst manşet, Güney Press > "Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..."

"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..."


Bu gün, 08:54
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..."
" "Azeurotel"-ə 100 Mbit/s üçün ayda 27 manat ödəyirik, bunların verdiyi sürətə bax. Əvvəl 19 manata 30 Mbit/s verilməli idisə, heç olmasa 15-20 Mbit var idi. İndi 100-ün heç 30-nu, 40-nı da vermirlər. Maksimum 27 görmüşəm...." Dia-az.Media xəbər verir ki, bunu öz gileyində jurnalist Aqil Aslan qeyd edib.
Narazı vətəndaş daha sonra etirazını belə ifadə edir: "Bir aya yaxındır Azeurotel-ə zəng edirəm, amma cavab verilmir. İnternet üzərindən yazdım, zəng edib dedilər ki, sürət problemi ola bilməz, kabeli çıxar 2-ci yuvaya sal, düzələcək. Dediklərini etdim, amma düzəlmədi.
Bir neçə gün öncə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə şikayət yazdım. Təbii ki, heç zəng edib maraqlanan da olmadı və və maraqlısı budur ki, bundan sonra internet daha da zəiflədi.
Bu gün nəhayət 155-ə zəng edib səbrlə növbəmin çatmasını gözləyib problemi çatdırdım. Bu dəfə də Azeurotel-dən zəng edib dedilər ki, nəsə kod-filan dəyişmişik, sürət də, kəsinti də düzələcək. Əksinə bu gün şəkildə gördüyünüz kimi internet demək olar ki, yoxdur.
Yəni şikayət olduqca, internetin sürətini daha da azaldır və verdiklərini də tez-tez kəsirlər.
Çox təəssüf ki, sürət artımı adı ilə millətin cibinə girdiklıri bəs deyilmiş, hələ onların əsəbləri ilə də oynayırlar..."

"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..."

Geri qayıt