Əsas Səhifə > Üst manşet, Güney Press > Xaçmaz sakini ACINACAQLI DURUMA

Xaçmaz sakini ACINACAQLI DURUMA


Bu gün, 08:36
Xaçmaz sakini ACINACAQLI DURUMA
"Səhhətimlə əlaqədar olaraq əmək qabiliyyətimi qismən itirmişəm. Maddi vəziyyətim olduqca pisdir". Dia-az.Media xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Xaçmaz sakini Əli Yusif yazır.
Çətin durumda olduğunu bildirən vətəndaş daha sonra qeyd edir: "Müalicəmi də etdirə bilmirəm imkansızlıqdan. İki qız övladım onlara məktəb üçün forma və ayaqqabı ala bilməmişəm.Dəfələrlə sosial yardım almaq üçün müraciət etsəm də rəsmi işım olmadığını əsas gətirərək imtina ediblər.Marketə olan borcuma görə daha nisyə ərzaq da götürə bilmirəm.Evdə vəziyyət çox pisdir.
Uşaqların forması köhnə və yırtıq formayla ayaqqabı ilə dərsə gedirlər utanıram..."
Dia-az.Media xəbər verir ki, dhaa onra imkansız ata ona dəstək olunması üçün əlaqə nömrəsini də təqdim edir: "Xahiş edirəm yardım edin.Kim yardım etmək istəsə, əlaqə saxlayın "konum" da ata bilərəm (qeyd: Xaçmazda yaşayır -dia-az.media). 055-588-48-62.
Böyük qızın 13, kiçik qızın 9 yaşı var. Xahiş edirəm üzürlü sayın. Allah heç bir atanı utandırmasın övladları qarşısında...

Geri qayıt