Əsas Səhifə > Üst manşet, Güney Press > Dillər Universitetində GİZLİ MÜDAFİƏ

Dillər Universitetində GİZLİ MÜDAFİƏ


Bu gün, 09:17
Dillər Universitetində GİZLİ MÜDAFİƏ
"Azərbaycan Dillər Universitetin rektoru, tanınmış diplom alverçisi akademik Kamal Abdullayev və onun Müdafiə şurasının sədri olan bacısı oğlu Azad Məmmədov oktyabrın 10-da onların bu biznes obyektində Coşqun Dadaşovun 6 aya yazdırdığı dissertasiyasının müdafiəsini keçirəcəklər". Dia-az.Media bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib:
"Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli, 728 №-li fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin Dissertasiyaların təqdim olunması və müdafiəsi haqqında 5-ci maddəsinin 30-cu bəndində göstərilir:
5.30. Dissertasiya şurasına təqdim olunan dissertasiya və avtoreferatın bir nüsxəsi müdafiə gününə azı bir ay qalmış əlyazması hüququnda saxlanılmaq üçün şuranın fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin kitabxanasına verilir.
Lakin bu günə qədər dissertasiya ictimaiyyətdən gizlədilmiş və ADU-nun kitabxanasına təqdim edilməmişdir. Göründüyü kimi, dayı-bacıoğlu cütlüyünün gözünü tamah o qədər örtüb ki, onlar Azərbaycan Respublikasının Prezidentin fərmanına belə, əhəmiyyət vermir, hər cür prosedur pozuntusuna yol verirlər.
Kitabxana əməkdaşları dissertasiyanı köhnə tarixlə qəbul edəcəyi halda bunun məsuliyyətini daşıyacaqlar. Sonra “demədi” deməsinlər".

Geri qayıt