Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin daha bir müəlliminin işinə bərpa edilməsi ilə bağlı son qərardan təhsil müəissəsinə məktub göndərilib.
Bu barədə Faktinfo.az-a verilən məlumatda bildirilir.
Bir ildən çox aparılan məhkəmə prossesindən sonra Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi İsayeva Aygün Müslüm qızının kollecin əvvəlki direktoru Hicran Əyyubova tərəfindən işdən şıxarılması qanuna zidd hesab edilib.Hicran Əyyubova yerli məhkəmənin çıxartdığı qərardan Gəncə Apellyasiya Məhkəməsinə müraciət etsə də,Tovuz Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Beləliklə,Tovuz rayon Məhkəməsinin qərarına əsasən ixtisasına uyğun olaraq Torpaq fondu və ondan səmərəli istifadə,Daşınmaz əmlak və Torpaq kadastırı,Yer qurluşu işlərinin planlaşdırılması və Topoqrafik rəsmixətt fənlərini tədris edən İbrahimov Abdulla Akif oğlunun işinə bərpa qərarından sonra,ikinci bir müəllim üçün yekun qərar icra və probasiya idarəsi tərəfindən kollecə müvəqqəti direktor təyin edilən Ramilə Tağıyevaya göndərilib.
Faktinfo.az-a verilən məlumatda o da qeyd edilir ki,digər bir müəllim Vəliyeva Aynurə Mirzəli qızının da işə bərpa edilməsinə dair Tovuz Rayon Məhkəməsinin qərarını Gəncə Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.Sadəcə Gəncə Apellyasiya Məhkəməsinin yekun qətnaməsindən cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyi Ali Məhkəmənin Plenumuna kasasiya şikayəti verib.Bu səbəbdən də Vəliyeva Aynurə Mirzəli qızının işə bərpa qərarından kollecə məktub göndərilməsi sonda mümkünsüz olub,araşdırma predmeti olaraq qalır.
Qeyd edək ki,Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin əvvəlki direktoru Hicran Əyyubova hazırda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə müvəqqəti Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə direktor təyin olunub.
Qeyd:Tovuz Dövlət Sosial-İqtisadi Kollecində işdən çıxardılan şəxslərdən üçü məhkəməyə müraciət edirsə və məhkəmələr də həmin şəxslərin işə bərpasına dair qərar çıxarırsa,Elm və Təhsil naziri müəllimi işdən çıxardan barəsində hansı qərar qəbul edir? Yəni eləmi düşünülür ki,bir müəllimi işdən çıxardıb,digər müəllimi işə götürməyin nə səbəbə edildiyi barədə Azərbaycan ictimaiəti məlumatsızdı? Bu qədər narazılıq yaradılmasının bir məsuliyyəti olmalıdı ya,yox? Müəllimlərin işdən çıxardılması qanuni idisə,məhkəmələrin işə bərpaya dair qərar və qətnamələrinə nə deyirsiz? Məgər indi haqlarında işlərinə bərpa edilmələrinə dair məhkəmə qərarı olan şəxslər ötən ayların əməkhaqqlarına dair təzminatı tələb etməyəcəklər? Necə,bunu Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müvəqqəti direktoru Ramilə Tağıyeva təmin etməyəcək ki? İcra etməyəndə bunun cəriməsi yoxdu ki?
Ona görə də Elm və Təhsil naziri Emin Əmrullayev bu kimi hadisələri ciddi götür-qoy etməlidir!








