Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                     Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                     Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu .....                     "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" .....                     Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər .....                     Muxtar Babayevin yerinə KADR TAPILMIR? .....                     "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" .....                     “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub .....                     Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib .....                     Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb .....                     Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib .....                     “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək .....                     Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir .....                     Məşhur şirkət problemlə üzləşib .....                     İcra başçıları üçün çətin sınaq .....                     Bakı-Moskva arasında indi də logistika böhranı? .....                     Tovuzda təhsil sistemi bərbad gündə imiş .....                     Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... .....                     Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var .....                     "Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" .....                     Prezident onlara yeni şans verdi... onlar isə... .....                     “Azərbaycanda institusional islahatlar dərinləşir” .....                     Manatın məzənnəsi haqda anons verildi .....                     “Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” .....                     "Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" .....                     Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari .....                     Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib .....                     Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər .....                     “Bu, baş versə idi, Ermənistan olmayacaqdı” .....                     Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar .....                     Xarici borcumuz silah alışı hesabına artıb .....                     Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... .....                     Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? .....                     Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara .....                     Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi .....                 

Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Tarix: Bu gün, 08:54 | Çap et

Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi əslində təəccüblü olmadı. 2 il 11 ay əvvəl - 2022-ci ilin dekabrında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Nəcəfliyə Naxçıvan Ali Məclisinin “könüllü” istefaya gedən sədri Vasif Talıbovdan ağır miras qalmışdı.

“Naxçıvan xanı”ndan sonra muxtar respublika əhalisinin F.Nəcəflidən gözləntiləri çox idi. Muxtar respublikada yeni idarəçilik modeli tətbiq olunması Vasif Talıbovun mərkəzi hakimiyyətdən “qopartmağa çalışdığı” regionu yenidən Bakının - mərkəzi hakimiyyətin orbitinə qaytarmağa hədəfləyirdi və buna nail olundu.

Amma son 27 ildə Vasif Talıbov qaydaları ilə idarə olunmuş, beyinləri yenilikçi düşüncəyə, mütərəqqi təkliflərə hazır olmayan, tək adamın diktəsi ilə oturub-duran məmurların çalışdığı Naxçıvanda qısa müddət ərzində qayda-qanun yaratmaq, müasir çağırışlara uyğun idarəçilik sistemi qurmaq o qədər də asan deyildi.

Ona görə ilk aylarda F.Nəcəflinin səriştəsizliyi “Vasif Talıbovun komandasının sabotajı” ilə izah edilirdi. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən azad edildikdən sonra ona yaxın olan kadrların yeni rəhbərliklə “anlaşaraq” kreslosunu qoruya bildiyi haqda da iddialar vardı.

Vəzifədə olduğu dövrdə F.Nəcəfli ilə bağlı müxtəlif şikayətlər mətbuatda geniş əks olunub. Əhali əsasən xüsusi nümayəndənin idarəçiliyindən, daha dəqiqi, səriştəsizliyindən giley edirdilər. Bu barədə etiraz səslərini daha çox sosial şəbəkələrdə ucaldan narazı Naxçıvan camaatı ölkə rəhbərliyindən F.Nəcəflinin əvəzlənməsini də xahiş edirdi.

Vəziyyət o həddə idi ki, narazı naxçıvanlılar hətta Vasif Talıbov dönəminin belə həsrətini çəkirdilər. Buna başlıca səbəb Talıbovun dövründə iş yerlərinin olması, vaxtı-vaxtında məvacib almaları idi. F.Nəcəfli əslində özəl sektorda bir sıra vəzifələrdə çalışmışdı və görünür, bu təyinat da onun Naxçıvanda əhalinin sosial problemlərini həll edəcəyinə ümid yaratmışdı...

Ceyhun Cəlilov da F.Nəcəfli kimi şahbuzlu olsa da, Qərb təhsillidir. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.

Yeni səlahiyyətli nümayəndə İqtisadi İnkişaf Nazirliyində və “BP Caspian” şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 2024-cü ilin aprelindən isə muxtar respublikanın baş naziri təyin edilib.

Belə görünür ki, F.Nəcəfli keçid dövrü üçün idarəçilik missiyasını başa vurdu və bundan sonra muxtar respublikada yeni idarəetmə zərurəti yaranıb. Nəzər alsaq ki, Zəngəzur dəhlizi səbəbindən Naxçıvanda beynəlxalq gündəmi bilən daha savadlı rəhbərə ehtiyac var. Üstəlik, Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi də aktuallığını qoruyur.

Naxçıvan proseslərini izləyən araşdırmaçı jurnalist, siyasi şərhçi Heydər Oğuz iddia edir ki, F.Nəcəfli korrupsiya və dövlət əmlakını talamaqda ittiham olunur: “Belə ki, vəzifəyə yeni təyin olunduqdan bir müddət sonra onun fəaliyyəti ciddi nəzarət altına alınıb və Naxçıvanda vaxtaşırı audit yoxlamaları keçirilib. Xüsusilə bu il intensiv xarakter alan audit yoxlamaları zamanı bir çox təyinatı üzrə sərf olunmayan xərclər müəyyənləşdirilib. Hər halda, bunu mən yox, Hesablamalar Palatasının rəsmi sənədləri deyir. "Söhbət milyonlarla yeyintidən gedir. Bir də “canişin” komandasının müxtəlif iş adamlarından və əhalidən aldığı rüşvətlər də var. Fuad Nəcəflinin 4 illik fəaliyyəti eninə-uzununa araşdırılıb və toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Üstəlik, onun və komandasının əməlləri barədə cinayət işi belə açılıb", - deyə H.Oğuz bildirib.

H.Oğuzun məlumatına görə, Fuad Nəcəfli işdən çıxarıldıqdan sonra Naxçıvandan urvatsız şəkildə yola salınıb: “Əldə etdiyim məlumata əsasən, o, sərəncam verilən gün də hər zamankı kimi işə çıxıb. İşə başlayar-başlamaz Prezidentin onun barəsində fərman imzaladığı xəbərini çatdırıblar və evə getməsini tövsiyə ediblər. Hətta əşyalarını kabinetindən daşıması üçün onun avtomobillə belə təmin olunmadığı bildirilir. O da köməkçisi Samir Seyidəhmədlinin köməkliyi ilə maşın tutub şələ-şüləsini evinə daşıyıb. Ən maraqlı hadisə isə Naxçıvan aeroportunda baş verib. Bildirilir ki, Fuad Nəcəfli adətkərdə olduğu kimi, yenə deputatlar üçün nəzərdə tutulan VİP salonda təyyarə gözləyirmiş. Az sonra ona yaxınlaşan aeroport işçiləri nəzərinə çatdırıblar ki, bu salon rəsmi şəxslər üçün nəzərdə tutulub və Fuad Nəcəflini "qara camaat"ın istifadə etdiyi ümumi salona endiriblər".

H.Oğuzun fikrincə, F.Nəcəfliyə bu münasibət təsadüfi deyil: “O, Naxçıvanda rəhbər olduğu müddətdə Prezidentin etimadını doğrultmayıb, muxtar respublikanın iqtisadiyyatına da ağır zərbələr vurub. Təsəvvür edin ki, yuzillər boyu duz istehsalı ilə tanınan Naxçıvan məhz onun hakimiyyəti dövründə duz üzünə həsrət qaldı. Azərbaycan büdcəsindən Naxçıvanın müxtəlif sahələrinə ayrılan vəsaitlər də onun acgözlüyü və hər şeyi öz yaxınlarına vermək hərisliyi ucbatından istifadə olunmamış geri qaytarıldı. İş o yerə çatmışdı ki, Fuad Nəcəflinin nümayəndə təyin olunduğu ilk ildə Naxçıvanda tikinti sektoruna ayrılmış 245 milyonluq vəsait belə sırf qanunsuz tender keçirilməsi səbəbindən geri qaytarılmış, nəticədə minlərlə fəhlə Naxçıvanı tərk etmək məcburiyyətində qalmışdı. Fuad Nəcəflinin yarıtmaz fəaliyyəti nəticəsində 2024-cü il dövlət büdcəsində muxtar respublikaya ayrılan dotasiya 3 dəfə azaldılmışdı".

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir - Belə görünür...
Bu gün, 09:10
Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
Bu gün, 09:06
İcra başçıları üçün çətin sınaq - 4 mühüm tələb
Bu gün, 09:03
Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Tovuzda təhsil sistemi bərbad gündə imiş - BU DA FAKT...
Bu gün, 08:57
Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Bu gün, 08:54
Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00
"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58
Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56
“Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54
Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52
“Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49
"Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47
Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
Bu gün, 07:43
Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib - RƏY
Bu gün, 07:40
Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər - Getman
Bu gün, 07:38
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20
Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17
Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08
İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04
Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
“Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58
Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru