"Telefon almaq üçün "Bytelecom"a zəng elədim və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elnur Cabbarov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: " "Honor 400lite" telefonu üçün 559 manata hissələrə bölünmüş qiyməti 12 aylıq 47 manata dedilər və razılaşdım. Hətta rəsmi saytlarında eynilə dedikləri kimi qeyd olunub. Lakin Azadlıq filialına yaxınlaşanda qiymətin ancaq nağd satışa aid olduğunu, hissələrə bölünəcəyi təqdirdə qiymətin 699 manat olacağını bildirdilər.
Elə ordan da yenidən zəng elədim və zəngimə cavab verən olmadı.
Təbii ki, telefonu almadım. Çətini müştərini mağazaya gətirənə kimidir. Bu mağazalar şəbəkəsindən telefon almağı sizlərə də məsləhət görmürəm..."











