|
"Fikir verin... "Azercell"in müştərilərin ciblərinə girmə metoduna..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan Məhəmməd Ağazadə adlı istifadəçi daha sonra fikrini belə davam etdirir:
"Necə eliyək... hansı məhkəməyə verək şikayəti? Bacarmırıq da... ölkədə elə bil cibə girmək adi bir şey olub. Rəsmi qurum belə cibə girir. "STOP" yazdığım halda yenə öz özünə aktiv olub. "Likemechat"dı nədi... heç varlığından bixəbər olduğum saytdır nədi. Mən tanımıram və aktiv eləməmişəm. Belə xidmətləri nyiye aktiv edirsiniz? Lap deyək cəhənnəmə... aktiv elədiniz bir dəfə... 40 qəpik çıxdınız gündə... "STOP" yazdığım halda niyə təkrar avtomatik yenə qoşulur? Nə vaxta kimi axı belə davam edəcək?
Geri qayıt
|