Əsas Səhifə > Reklam / Güney Press > Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib


Bu gün, 12:03

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib.

"DİA-AZ" xəbər verir ki, hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.

İştirakçılar layihələr üzərində işləyərkən Claude, Google Colab, Hugging Face, Ollama, Gradio və Streamlit kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.

Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.

Hakatonun sonunda fərqlənən iştirakçılar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.


Geri qayıt