Əsas Səhifə > Reklam / Güney Press > Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf etBu gün, 11:42 |
|
Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir. "DİA-AZ" xəbər verir ki, səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.
Səfərdən əvvəl istifadəçilər Bakcell-in rəsmi saytında və ya Bakcell tətbiqində gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud rouminq paketləri və tarifləri ilə tanış ola, ehtiyaclarına uyğun paketi əvvəlcədən aktivləşdirə bilərlər. Bu isə mobil rabitə xərclərini əvvəlcədən planlaşdırmağa və səfər boyu ünsiyyətdə qalmağa imkan yaradır. Rouminq xidmətləri və paketləri barədə ətraflı məlumatı şirkətin rəsmi saytı, Bakcell tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə etmək mümkündür. Geri qayıt |