Əsas Səhifə > Reklam / Güney Press > Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazanBu gün, 07:37 |
|
Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür. "DİA-AZ" xəbər verir ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan", "Hədiyyəli Marafon" və "Şans Kartları" kimi maraqlı oyunlarda iştirak edirlər. Bu xidmət çərçivəsində istifadəçilər ilk 7 gün ərzində "Bakcell Games"dən ödənişsiz yararlana bilirlər. Oyunlarda əldə etdikləri nəticələr hesabına xallar toplayır, AirPods və hər gün 1 GB hədiyyə internet qazanmaq şansı əldə edirlər. Abunə haqqı 1.99 AZN təşkil edir və abunəçilərə avtomatik olaraq hər ay 1 GB hədiyyə internet təqdim olunur. Ümumilikdə abunəçilər hər ay 6 GB-dək hədiyyə internet əldə edə bilərlər. "Bakcell Games" oyun təcrübəsi ilə faydanı bir araya gətirən yeni rəqəmsal imkan təqdim edir. Xidmət istifadəçilərə həm maraqlı vaxt keçirmək, həm də AirPods və hədiyyə internet qazanmaq imkanı yaradır. "Bakcell Games"ə qoşulma qaydaları barədə ətraflı məlumatı Bakcell tətbiqi vasitəsilə əldə etmək mümkündür. Geri qayıt |